YAZILIN! İŞTİRAK EDİN! ARTIM Lab 2020 > 2021

20 Yan - 15 Mar 20

YAZILIN! İŞTİRAK EDİN! ARTIM Lab 2020 > 2021


Müraciət üçün son tarix: 15 Mart, 2020


YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.


MƏQSƏD
• Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır
• Müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq
• Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək
• Mövcud mənbələr ilə konseptual şəkildə işləmək bacarıqlarını inkişaf etdirmək


LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI
• Təlim proqramı müddətində “ARTIM Lab Studio” məkanında şərikli emalatxana
• YARAT-ın kuratorlar və təhsil komandası ilə daimi görüşlər
• Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.)
• Proqram çərçivəsində 3 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək
• Yekun sərgi üçün məhdud büdcənin ayrılması


PROQRAM
Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT Akademiyası-nın rəssamla görüşlərində və mühazirələrində mütəmadi iştirak etməlidirlər.
• Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
• Həftədə 10 saat emalatxana təcrübəsi
• Həftənin cümə axşamı, cümə və şənbə günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən xüsusi modul mövzuları üzərində mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək
• YARAT Akademiyasının mühazirələri və rəssamlar ilə  iştirak (mart-may, sentyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri, 19:00)
• Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 3 qısa təqdimat sərgisi üçün 3 fərqli incəsənət əsərinin yaradılması (əsərin istehsalı hər hansı bir xərc tələb edərsə, iştirakçı tərəfindən qarşılanmalıdır)
• Yekun sərgidə iştirak üçün tələblər: səkkiz modulda iştirak, həftədə 10 saatlıq emalatxana təcrübəsi, təhsil proqramlarının 90 faizində fəal iştirak və 4000 sözdən ibarət yekun esse
• Yekun sərginin qalibi müstəqil münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq (yeni əsərin istehsalat xərcləri)


ARTIM Lab MODULLARI

1) Aprel: Əsas bədii idarəçilik bacarıqları

2) May: Araşdırma bacarıqlarının inkişafı

3) İyun: Birinci studiya təqdimatı

4) İyul: İctimai məşğuliyyət

5) Avqust: 6 aylıq hesabat imtahanı; ikinci studiya təqdimatı

6) Sentyabr: Yeni texnika

7) Oktyabr: Ətraf mühit

8) Noyabr: Tarix və yaddaş

9) Dekabr: Üçüncü studiya təqdimatı

10) Yanvar: Konseptual incəsənət

11) Fevral: Yekun sərgiyə hazırlıqlar

12) Mart: Yekun sərgi


Portfolioların son göndərilmə tarixi: 15 Mart 2020-ci il


Portfoliolarınızı artimlab@yarat.az e-mail ünvanına göndərilməlidir


Seçilmiş namizədlərin elanı: 2020-ci il mart ayının sonunda 


Layihənin müddəti: Aprel 2020 – Aprel 2021


Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292

Yüklənir