YERLİ RƏSSAMLAR ÜÇÜN YARAT REZİDENTURA 2021 PROQRAMI

08 Dek - 20 Dek 20

YARAT Rezidentura–2021 proqramına ərizə qəbulu


Rezidentura müddəti: 1 yanvar –30 iyun 2021


Ərizələrin son qəbul tarixi: 20 dekabr 2020

Nəticələrin açıqlanma tarixi: 25 dekabr 2020


YARAT Müasir İncəsənət Məkanı yerli rəssamları rezidentura proqramına qoşulmağa dəvət edir. Proqram, 1 yanvar–30 iyun 2021-ci il tarixlərində baş tutacaqdır.


YARAT Rezidentura proqramı müxtəlif şaxəli və tədqiqat əsaslı təcrübə ilə məşğul olan, eləcə də Qafqaz regionunu kəşf etməyə maraq göstərən rəssamlar üçün açıqdır. Proqrama seçilən rezidentlər sənət həmkarları və ARTIM Lab iştirakçıları ilə müzakirələrə cəlb olunurlar. Proqramının sonunda ərsəyə gələn əsərlər ARTIM Layihə Məkanında fərdi sərgidə nümayiş olunacaqlar.


YARAT Rezidentura proqramı təklif edir:

  • İçərişəhərdə yerləşən emalatxana;
  • YARAT kuratorları ilə həftəlik görüşlər;
  • ARTIM Layihə Məkanında yekun sərgi.
  • Rezidentura proqramı aşağıdakıları qarşılayır:
  • İçərişəhərdə yerləşən emalatxananın bütün xərcləri;
  • 2000 AZN-ə qədər istehsal dəstəyi (vergilər daxil olmaqla).

YARAT Rezidentura proqramının  qaydaları:

Rəssam rezidentura proqramının sonunda yeni yaratdığı əsərləri sərgiləməlidir;

  • Rəssam ARTIM Lab proqramı çərçivəsində iştirakçılara təlimlər, ustad dərsləri, mühazirələr təqdim etməklə aktiv şəkildə iştirak etməlidir;  
  • Rəssam YARAT Akademiyasının payız/yaz sessiyalarının mövzularına əsasən auditoriyaya ustad dərsləri, interaktiv mühazirələr keçirməklə təhsil proqramlarında aktiv şəkildə iştirak etməlidir;
  • Yaradılmış incəsənət əsərlərinin təsvirləri YARAT tərəfindən reklam və məlumatlandırma materiallarında (flayer, plakat və s.) və yenidən istehsal üçün istənilən şəkildə (kataloqlar, təqdimatlar və bukletlər daxil olmaqla) istifadə edilə bilər;
  • Rezidentlər YARAT-ın təmin etdiyi emalatxanada aktiv işləməlidirlər; 
  • Rezidentlər elektron poçt və ya digər sosial media vasitələri ilə yaradıcı prosesin gedişi barədə məlumat verməlidirlər;
  • Rezidentura proqramının sonunda yaradılan bütün incəsənət əsərləri rəssama aiddir.  

Müraciət prosesi:

Xahiş olunur aşağıda qeyd olunan sənədləri  residencies@yarat.az ünvanına 20 dekabr 2020-ci il tarixinədək göndərəsiniz.

  • CV (e-mail və əlaqə nömrəsi daxil olmaqla);
  • Portfolio;
  • Araşdırma mövzusu, fərdi sərgi üçün konsepsiya eskizləri və ya vizual materialı təsvir edən müraciət məktubu;
  • Şəxsiyyət vəsiqənizin skan edilmiş  sürəti.

Nəzərinizə çatdırırq ki, yalnız Azərbaycan vətəndaşı olan və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi olan rəssamlar rezidentura proqramına müraciət edə bilərlər.


Yalnız YARAT Rezidentura proqramına əvvəllər seçilməyən rəssamların müraciətləri nəzərə alınacaqdır.


Əlavə məlumat əldə etmək üçün: residencies@yarat.az və ya (+994 12) 505 14 14

Yüklənir