Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
10 Yan 17
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 10 yanvar 2017-ci il tarixində rejissor Ülviyyə Könülün “Həddən artıq uyğunluq” adlı qısametrajlı filmini təqdim edirik.
Həddən artıq uyğunluq / 2016 / Azərbaycan / 100 dəq / romantik komediya / rəngli
Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Filmin qəhrəmanları Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcəklər? Bakıda yoxsa Nyu-Yorkda..
Wiritten by Ramiz Fataliyev, Alexander Mardan, prodused by Mushfig Hatamov. Cast: Tural Asadov, Aydan Akhundzada, Kamran Agabalayev, Yevgeniya Orudjeva, Afag Bashirgizi
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 10 yanvar, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir