Mart 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI EVİN SİRLƏRİ QRUP SƏRGİSİ

01 Sen - 15 Sen 16

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihəsi çərçivəsində gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salam-zadə, Hatəm Əlizadə və Qafar Rzayev “Evin sirləri” adlı qrup sərgisini təqdim edir. 


Hər bir evdə yaşayan ailənin sirləri kimi, hər bir evin də öz “sirləri” olur. Bu layihənin müəllifləri, ailə və ev, şəxsi və qeyri-şəxsi / kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Bununla yanaşı, seçilmiş mövzuların diapazonu həm sosioloji, həm də ümumi – məişət xarakterinə malikdir.

Zöhrab Salam-zadənin “Boş evlərin sakinləri” instalyasiyasının əsas ideyası XXI əsrdə kifayət qədər tez-tez rastlaşdığımız, mövhumata çevrilmiş bir məsələnin məişət tərəfini əks etdirməkdir.

Mehriban Şəmsədinskayanın “Ailə portreti” xarakterlərin unikallığını və dəyişkənliyini vurğulayaraq, insanın fərdiliyi mövzusunu işıqlandırır. Müəllifin fikrincə, əksər hallarda, insanların ailədə və digər mühitlərdə davranışı bir-biri ilə tam ziddiyyət təşkil edir.

“Doğulmayanların iqamətgahı”  instalyasiyasının əsas fikrini Hatəm Əlizadə dünyaya gəlməmiş körpənin gələcək həyatını təsəvvür etməklə əks etdirir. Buna baxmayaraq, müəllif eyni zamanda qadını belə bir addıma təhrik edə bilən bir çox səbəbləri də nəzərə alır...

Gənc qraffiti rəssamı Qafar Rzayevin konspesiyası əsrlərdən bizə gəlib çatmış inanclar və simvollara əsaslanır.


Mehriban Şəmsədinskaya 1990-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini “Reklam”, magistr təhsilini isə “İncəsənət tarixi” ixtisası üzrə alıb. Rəssam “Təcavüz” (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan), “Zavod” (2013, Bakı Məişət Kondisionerləri Zavodu, Bakı, Azərbaycan), “Tullantılardan sənətə” (2013-2014, Qala qəsəbəsi, Azərbaycan), “Düymə” (2014, Kiçik QalArt, Bakı, Azərbaycan) qrup sərgilərinin və “Violet” (2014, Natavan Gallery, Bakı, Azərbaycan) adlı fərdi sərgilərin iştirakçısıdır. 


Zöhrab Salamzadə 1992-ci ildə Bakı şəhərində anadan olub. O, Əzim Əzomzadə adına İncəsəət Kollecinin məzunu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. O, “Təcavüz” (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan), “ALOV layihəsi: Transformasiya” (2015, Azərbaycan Dövlət Xalça Muzeyi, Bakı, Azərbaycan), “Şərq nağılı” (2014, Rigas Dome, Riqa, Latviya) o cümlədən, Teymur Daimi və Sabina Şıxlinskayanın ustad dərslərinin iştirakçısı olub. 


Hatəm Əlizadə 1991-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsidir. Hətəm, Teymur Daimi və Sabina Şıxlinskayanın ustad dərslərinin iştirakçısı olub.


Qafar Rzayev 1993 cü ildə Gəncə şəhərində anadan olub. O, Gəncə Dövlət Universitetində təhsil alır. Küçə İncəsənəti  -  Qrafiti ilə məşğuldur. YARAT Art Internship proqramının iştirakçısıdır.  


ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir. 


Açılış günü: 1 sentyabr 2016-cı il

Sərginin tarixi: 1 > 15 Sentyabr 2016 

İş rejimi: Cümə axşamı – Bazar, 14:00 – 20:00

Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414


FACEBOOK

Yüklənir