Aprel 2019

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: MUSİQİ AXŞAMI MUSİQİNİN SEHRİ

19 Apr 19

YARAT Müsir İncəsənət Məkanı “FREESTYLE” layihə çərçivəsində XX-XXlƏsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni musiqi tədbirini təşkil edir. “Musiqinin sehri” adlı konsert proqramı əhvalınıza sehrli ovqat qatacaqdır.


Tədbirdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcəkdir. Konsertdən əvvəl tədbirə gələn qonaqlar XX-XXlƏsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəəsamlarından biri olan Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgi ilə də tanış ola biləcəklər.


İştirakçılar:

Lalə Cəfərova – müəllif (Bəstəkar, beynəlxalq müsabiqələrin laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent)

Şeyda Ələsgərova – fleyta (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik  orkestrinin artisti)

İradə Musayeva – saksofon (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik  orkestrinin artisti) 

İbrahim Babayev – tar (Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Çalğı Alətləri Orkestrinin artisti, Respublika və Beynəlxalq  müsabiqələrin laureatı)

Turanə İsayeva – truba (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti)

Camal Bayramlı – saksofon (Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin artisti)

Akif Rəhimov – zərb alətləri (Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin artisti) 


Tarix: 19 aprel 2019

Saat: 19:00

Ünvan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir


Əlaqə nömrəsi: +99412 505 7718; +99450 251 41 15 

Yüklənir