Aprel 2024

YAZILIN! İŞTİRAK EDİN! KİNOATELYE LAYİHƏSİ

15 Mar - 29 Mar 24

YARAT Müasir İncəsənət Məkanı kinematoqrafiya sahəsində gənclərin yaradıcılığını dəstəkləmək və unikal təcrübə qazanmaqları üçün yeni “Kinoatelye” layihəsini təqdim edir.


Layihə rejissor, ssenarist və prodüser Nurlan Həsənlinin mentorluğu ilə aprel ayından etibarən 3 ay ərzində davam edəcək.


“Kinoatelye” layihəsi həftədə bir dəfə keçirilməklə ssenari yaradıcılığının əsasları, kinodramaturgiya, kinematoqrafiyanin praktiki aspektləri mövzularını əhatələyəcək. Həmçinin layihəyə seçilmiş iştirakçılar öz ideyalarını inkişaf etdirərək vahid ssenari üzərində işləyəcəklər. Layihə ərzində iştirakçılar ideyalarını paylaşmaq və bir-birilərindən öyrənmək imkanı əldə edəcəklər. Layihənin sonunda onlar yekunlaşdırdıqları final ssenari əsasında Nurlan Həsənlinin bədii rəhbərliyi ilə qısa metrajlı film çəkəcəklər.


Layihədə kinematoqrafiya sahəsində müəyyən təcrübələrə malik, həmçinin yeni yaradıcılığa başlayan 35 yaşa qədər şəxslər müraciət edə bilərlər.


Nurlan Həsənli müxtəlif beynəlxalq kino festivallarda mükafatlar almış, əsasən sənədli filmlər olmaqla yeddi qısametrajlı filmin rejissoru və prodüseri olub. Bu filmlər Lublin, Unified Filmmakers, DokuBaku, CineDoc Tbilisi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalı üçün seçilib. O, həm də “Sarayevo Talents 2022” proqramının məzunudur.

Onun “Həvəskar fotoqrafın ailə portreti” tammetrajlı debüt sənədli filmi B2B Doc (2023), CineDoc Tbilisi (2023) və “Şərq Qərblə görüşdükdə” (2024) inkişaf proqramları üçün seçilib, həmçinin Berlin Beynəlxalq Film Festivalının Avropa Film Marketində (2024) təqdim olunub, Amsterdam Beynəlxalq Sənədli Film Festivalının Bertha fondundan qrant mükafatı almışdır.


Layihədə iştirak aşağıda qeyd olunan link vasitəsi ilədir:
https://shorturl.at/dmLU6 


Müraciət üçün son tarixi: 29 mart 2024-cü il

Yüklənir