Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
10 Yan - 13 Yan 19
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisini təqdim edir.
6 ay müddətində davam edən ustad dərslərinin iştirakçıları, Müseyib Əmirov, Əsmər Nərimanbəyova, Eliyar Əlimirzoyev, Sabina Şıxlinskaya, Əli Şəmsi, İnna Kostina, Kənan Əliyev, Gülarə İsrafilova, Vüqar Əli, Gülnarə Ələkbərli, Vüsal Rəhim və Fərhad Yalquzaq kimi tanınmış və peşəkar rəssamların rəhbərliyi altında öz yaradıcı potensiallarının yeni üfüqlərini aşkara çıxarmaq, asudə vaxtlarını səmərəli keçirmək və rəsm dünyasına qərq olmaq imkanı qazanmışdırlar.
“Özünü kəşf et” layihəsi iyul ayından etibarən dekabr ayına kimi davam edib və uğura imza atmağa nail olub. Belə ki, indiyə qədər 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib və artıq iştirakçılarımız ustadlarımızdan öyrəndikləri vasitələrlə yaratdıqları əsərlərini qonaqlara qürurla təqdim edəcəklər.
Tədbir zamanı pianoçu Seymur Əliyevin caz çıxışları sizlərlə xoş ovqat bəxş edəcək.
Təqdimat ratixi: 10 yanvar, 2019
Saat: 18:30
Sərginin tarixləri: 11 – 13 yanvar, 2019
Saat: 12:00 – 20:00
Məkan: Rəngkarlıq Muzeyi
Giriş sərbəstdir