20 Sen 17
YARAT Müasir İncəsənət Məkanı Rəssamla tanışlıq layihəmizin növbəti qonağı Əməkdar rəssamı Əliyar Əlimirzəyev ilə görüş olacaq.
2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə rəssam Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri Qran Priyə layiq görüldü, həmçinin həmin ildə Serbiyanın Qorni Milanovats şəhərində keçirilən Beynəlxalq Miniatür sərgisinin 1-ci mükafatını qazanıb.
Əliyar Əlimirzəyevin əsərləri Bakı Müasir İncəsənəti Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Tretyakov qalereyası, Vyananın "Albertino" muzeyinin şəxsi kolleksiyalarına daxildir.
Tarix: 20 sentyabr 2017
Saat: 19:00
Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir