Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
06 Dek 17
YARAT Müasir İncəsənət Məkanı Sizi “Ahmedowsky Trio” qrupunun konsertinə dəvət edir.
Ahmedowsky Trio qrupu 2016-ci ilin iyununda Babək Ahmedowsky tərəfindən yaradılıb. Trio'nun musiqisi neo fank, ambient/muğam caz sularında üzür. 2017-ci ilin aprelində qrupun Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş “Sketches of Vagif” adlı debüt albomu işıq üzü görmüşdü. Qrup Bakıda keçirilən “I am Jazzman” müsabiqəsinin iştirakçısı olub, həmçinin Bakool Art Festivalın qalibidir.
“Ahmedowsky Trio” qrupu 2018-ci ildə ikinci albomunu buraxmaq planlaşdırır və bunu həyata keçirmək üçün "101 Moon Ave" ABŞ səsyazma leyblı ilə müqavilə bağlamışdır.
Babək Ahmedowsky (qrupun rəhbəri) – gitara, sint
Xudayat Əhməd – baraban, perkussiya
Məhəmməd Lətifli – bas, sint
Mükafatlar:
Bakool İncəsənət Festivalı qalibi
Bakı Jazz Festivalı (Mən Jazmenəm) müsabiqə qalibi
Tarix: 6 dekabr, 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, Çoxtəyinatlı zal)
Giriş sərbəstdir