Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 Sen 17
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Bu payız mövsümündə siz xoş və bəzən dadlı sürprizlər gözləyir! Növbəti görüşdə isə gənc rejissor Hikmət Rəhimovun Qara dəlik debüt əsərini seyr edəcəyik. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə görüş keçiriləcək.
Qara dəlik / 2017 / Azərbaycan / 20 dəq / drama / rəngli
Qara dəlik filmi ailədaxili münasibətlərdən və onların həmin ailələrdə olan uşaqlara necə təsir etməyindən bəhs. Qapalı qapılar arxasında qalan cahilliyin və qəddarlığın kəskin dairəsini kəsmək mümkün olacaqmı?
Film azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 26 sentyabr, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir