Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 Dek 17
YARAT Müasir İncəsənət Məkanı Bakı Uşaq Teatrının “Günahsiz günahkarlar” tamaşasa baxmağa dəvət edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Müasir dövrün qlobal problemlərindən olan insan alveri mövzusuna həsr olunmuş “Günahsiz günahkarlar” tamaşası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunçular kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Fərqli rejissor quruluşu bütün bu suallara “Günahsız günahkarlar” tamaşasında cavab verir.
Əsərin müəllifi: Arzu Soltan
Quruluşçu rejissor: İntiqam Soltan
Tamaşa Azərbaycan dilində nümayiş olunacaq.
Yaş məhdudiyyəti: 16+
Tamaşanın müddəti: 80 dəq.
Tarix: 8 dekabr, 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın
Öncədən qeydiyyat: +994125051414, +944502469292