Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 Fev 19
YARAT Müasir İncəsənət Məkanı musiqi axşamına dəvət edirik. Axşamın qonağı istedadlı musiqiçi və bəstəkar Ramil Babayev olacaq.
Bu tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Ramil Babayev özünün müəllif olduğu musiqi əsərlərini gitara, pianino və harmonika kimi musiqi alətlərində ifa edir. O, 2010-cu ildən Azərbaycanda və digər ölkələrdə keçirilən musiqili layihələrin iştirakçısıdır.
Tarix: 1 fevral, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir