07 Avq 15
YARAT HƏFTƏSONU DANIŞIQLAR: MÜSEYİB ƏMİROV
FİKRİNİ BİZİMLƏ PAYLAŞ
YARAT Mərkəzi bizim daimi kolleksiyamızı və nümayişdə olan sərgiləri hədəfə alan müzakirələr silsiləsi təşkil edir. Rəssam, yazar, musiqiçi, sənətşünas, təşkilatçı və sair peşələri təmsil edən şəxsiyyətlər bu platformada təqdim olunacaqlar.
Görkəmli xadimlərə müraciət edib, onlardan kolleksiyamızın müəyyən bir əsəri barədə rəy bildirməyi, öz fikrini müzakirəyə toplaşan auditoriya ilə paylaşmağı xahiş edəcəyik.
Sizi də bu müzakirələrdə tərəfdaşımız olmağa və silsilənin 7 avqust 2015-ci il tarixində keçiriləcək ilk tədbirinə qatılmağa dəvət edirik. Tədbirin aparıcısı qismində rəssam Müseyib Əmirov çıxış edəcək.
Sizi unudulmaz bir axşam gözləyir – cümə tədbirimizdə müasir incəsənət barədə öz fikrinizi daha böyük əminliklə ifadə etməyi öyrənəcəksiniz.
Müseyib Əmirov (1963-cü il təvəllüdlü) Bakıda yaşayıb-çalışan rəssamdır. 1979-cu ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və 1987-ci ildə Bakının Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdi.
1996-cı ildən etibarən Müseyib Əmirov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildə ona Azərbaycanın Əməkdar Rəssamı fəxri adı verilmişdi. Əsərləri aşağıda sadalanan mədəniyyət və incəsənət ocaqlarında nümayiş etdirilir: “Marmara” Qalereyası, İstanbul, Türkiyə; Rusiya Mədəniyyət Nazirliyi, Moskva, Rusiya; Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Azərbaycan; “Sənət” Qalereyası, Bakı, Azərbaycan; “Ocaq” Qalereyası, Bakı, Azərbaycan; “QGallery”, Bakı, Azərbaycan; Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan; Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan; eləcə də Azərbaycan, Rusiya, ABŞ, İsveç, Almaniya, Böyük Britaniya, Türkiyə, Fransa, İtaliya, Danimarka və Norveçdə yerləşən şəxsi kolleksiyalarda.
Tarix: 7 avqust, 2015
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Əlaqə üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29.