Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə04 Avq 22
YARAT Müasir İncəsənət Məkanı sizi “Homo Urbanus” silsilə sənədli filmlərin nümayişinə dəvət edir.
Vizual antropologiya və müşahidə filmi “Homo Urbanus” – ictimai məkan anlayışını amansızca kiçildən və onu minimum vəziyyətinə gətirib çıxardan, təcrid və sosial uzaqlaşmanın məhdudiyyətlərini təsvir edir. Bu filmlər şəhər insanını sanki “mikroskop” altına qoyur və kollektiv davranışa, şəxsiyyətlərarası dinamikaya, sosial gərginliyə, hər gün şəhər küçələrinin möhtəşəm səhnəsində oynayan iqtisadi və siyasi qüvvələrə daha yaxından baxmağa təşviq edir.
Silsilə sənədli filminin aşağıdakı seriyaları nümayiş olunacaqdır:
Rejissorlar: İla Beka və Luiz Lemuan
Filmin müddəti: 111 dəq.
Dil: Orijinal, İngilis altyazıları ilə
Nümayişin sonunda ACID praktikasının (Madrid) həmtəsisçisi və Manarch Studionun (Bakı) tərəfdaşı, memar, qrafik dizayner və redaktor Ucal Qorçu ilə kiçik diskussiya keçiriləcək.
Dil: Azərbaycan
Tarix: 4 avqust, 2022
Saat: 20:00
Məkan: ARTIM Layihə Məkanı
Giriş onlayn qeydiyyat ilədir:
COVID pasportun təqdimi mütləqdir.
Əlavə məlumat üçün: +99450 251 4117