Mart 2024

LITTLE YARAT: MART PROQRAMI

30 Mar 24

16 mart – 12:00 (8-12 yaş)
Mövzu: “Bülbül və qızılgül”
Tyutor: Mehrin Alili
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Linoqravüra üslubunda baş tutacaq ustad dərsində iştirakçılar əvvəlcə yerli sənətkarlıqda kəlağayıların bəzədilməsi üçün istifadə olunan naxışlarla tanış olacaqlar. Daha sonra onlar bülbül və qızılgül, buta və digər dizaynlı naxışlardan istifadə edərək əsərlər yaradacaqlar.


17 mart – 12:00 (8-12 yaş)
Mövzu: “Parçalar”
Tyutor: Murad Vəliyev
YARAT Mərkəzi
Ustad dərsində iştirakçılar müxtəlif teksturalı parçalardan istifadə edərək abstrakt portretlər yaradacaqlar.


30 mart – 12:00 (5-8 yaş)
Mövzu: “Günəbaxanlar”
Tyutor: Aida Əzimova
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi


Ustad dərsində iştirakçılar rəssam Vinsent Van Qoqun məşhur “Günəbaxanlar” əsərindən ilhamlanaraq öz rəsmlərini yaratmağa çalışacaqlar.

Yüklənir