Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
13 Mar 18
YARAT Müasir İncəsənət Məkanı sizi rejissor Rüfət Həsənovun romantik komediya janrında çəkdiyi #yoxdubeləsöhbət filmini nümayişinə dəvət edir. Nümayişdən sonra müzakirə gözlənilir.
Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qrafiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Bu bir təsadüf və ya möcüzədir? Sizcə, var belə söhbət yoxsa #yoxdubeləsöhbət?
Baş rollarda: Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnun, Tünzalə Qəhrəman, Teymur Məmmədov, Nofəl Şahlaroğlu
Tarix: 13 mart, 2018
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir