Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə05 Apr 22
YARAT Film Klubu sizi, ARTIM Layihə Məkanında keçirilən “Postponed” adlı qrup sərgisi çərçivəsində Orxan Ağazadənin qısametrajlı filmlərin nümayişinə dəvət edir.
“Oturacaqlar” (2018)
Kərimlə Rəna sevgili olsalar da, başqa insanlarla məcburi ailə həyatı qurublar. Bütün kənd camaatı cib telefonundan istifadə etmək üçün təpəyə yığışırlar və orada baş qəhrəmanlarımız həftədə bir dəfə bir-birilərini görsələr də, hisslərini gizlətməkdən başqa çarələri qalmır...
Dil: Azərbaycanca, ingilis altyazıları ilə
“Dəlik” (2016)
25 yaşlı Ziba Britaniya hökumət təqaüdü ilə Londonda təhsil almağa yollanır. Bu səfər onu sanki, doğma evdəki qalma-qallardan xilas edir...
Dil: İngilis, azərbaycan altyazıları ilə
Yaş məhdudiyyəti: 18+
Tarix: 5 aprel, 2022
Saat: 19:00
Məkan: ARTIM Layihə Məkanı
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
*Yerlər məhduddur.
Onlayn qeydiyyatdan keçmək üçün linkə daxil olun.
https://forms.gle/EmDsw9Ngeg2XSpWG8
COVID pasportun olması zəruridir.