11 Dek - 02 Yan 15
Səbinə Şixlinskaya
“İLLÜZİYALAR”
sərgi layihəsi
işıq və video installyasiyalar
Bu ilin dekabr ayında Bakı Müasir İncəsənət Muzeyində Azərbaycanın əməkdar rəssamı Səbinə Şixlinskayanın “İLLÜZİYALAR” adlı işıq və video installyasilardan ibarət fərdi sərgisi keçiriləcək.
Səbinə Şixlinskaya müasir konseptual və multimedia incəsənəti sahəsində fəaliyyət göstərən rəssam və müstəqil kuratordur. Onun yerli və xarici sərgilərdə və layihələrdə çoxillik təcrübəsi var. Səbinə Şixlinskayanın yaratdığı əsərlər dünyanın bir çox fərdi və muzey kolleksiyalarında saxlanılır və nümayiş olunur. Onun kuratorluq təcrübəsi Azərbaycanda və xaricdə həyata keçirilən 60-dan çox layihəni əhatə edir.
Sərgidə ən çox rast gəlinən şiddətli arzuların, habelə müasir cəmiyyət üzvlərinin tam əksəriyyətinin bölüşdüyü niyyətlərin obrazlarını kinayəli şəkildə əks etdirən və canlandıran yeddi işıq və video installyasiyaları nümayiş olunacaq. İnstallyasiyaların adları “Hakimiyyət”, “Şərəf”, “Azadlıq”, “Seçim”, “Xoşbəxtlik”, “Üfüqlər” və “Təbiət”-dir.
Nümayiş olunan əsərlərin təməlini bəşəriyyəti maraqlandıran ən zəruri suallardan biri – “malik olmaq və ya var olmaq?” haqqında düşüncələr təşkil edir.
Məşhur psixoanalitik və freydo-marksist Erix Fromm “Malik olmaq və ya var olmaq?” adlı fundamental əsərində qeyd edirdi ki, bəşəriyyətin hüdudsuz səadət, azadlıq, bolluq və təbiət üzərində hökmranlıqla bağlı ümidləri məhz sənayeləşmə erasının gəlişinə təsadüf edir, ehtimal olunurdu ki, qeyri-məhdud istehsal hədsiz istehlakı yaradacaq və, beləliklə, bolluq vəziyyətinə gətirib çıxaracaq. Lakin, nəticədə bu hal yalnız “malik olmaq” seçimini “var olmaq” seçimindən üstün tutan materialistik cəmiyyətin formalaşmasına səbəb oldu.
Neon işığın rəssam tərəfindən məqsədyönlü seçimi müasir reklamçılıqda geniş istifadə olunan material olaraq, işıq və rəng effektləri ilə istehlakçını cəlb edir. Şixlinskayanın məqsədi, müasir cəmiyyətdə materialistik niyyətlərin cazibədarlığı və məşhurluğu ilə bağlı tənqidi və istehzalı baxışların nümayiş etdirilməsi olduğundan, təqdim olunan əsərlərdə vizual və semantik “illüziyaların” əks olunması üçün neon işığı ən mükəmməl ifadə vasitəsidir.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 12.12.2014 – 02.01.2015
İş saatları: Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günləri saat 11:00-dan 20:00-dək
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN