Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
11 Apr 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
11 aprel 2017-ci il tarixində frasız rejissoru Sedrik Klapişin (Cédric Klapisch) “Paris” adlı filmi təqdim olunacaq.
Paris / 2008 / Fransa / 130 dəq. / Dram, komediya / rəngli
Rollarda: Fabris Luçini, Romen Duris, Jofre Platel
Film Frankofoniya həftələri çərçivəsində nümayiş olunur.
Bu film xəstə və ölüm ayağında olan Paris sakininin həyatı haqda bəhs edir. Onun vəziyyəti həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Ölüm qarşısında olduqda hər kəsin həyatı bir anda daha dəyərli olur.
Bostançı, şirniyyatçı, rəqqas, memar, evsiz insan, sosial idarə işçisi, model… bütün bu insanlar bu şəhərdə və bu filmdə birləşirlər. Siz düşünə bilərsiniz ki, burada qeyri-adi heç nə yoxdur, ancaq hər birinin yeganə və dəyərli olan həyatı var. Siz fikirləşə bilərsiniz ki, onların həyatları çox cılız və əhəmiyyətsizdir, lakin onlar üçün bu dünyada ən vacib olan həyatlarıdır.
Film Fransız dilində ingilis subtitrlərlə nümayış olunacaqdır.
Tarix: 11 aprel, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.