Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
14 Fev 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
14 fevral 2017-ci il tarixində rejissor Emil Quliyevin 5 qısametrajı filmlərini təqdim edirik. Film «Art Film Baku» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur.
ÜMİD / 2016 / Azərbaycan / 8 dəq. / qısametrajlı / rəngli
Hal-hazırda dünyada 50 milyon qaçqın yaşayır. Həmin insanlar yeni həyat şəraitini qururlar, becərdiyi məhsullarla qidalanırlar, yenidən sevməyə öyrənirlər, övlad doğub-böyüdürlər və qürbətdə yaşamağa çalışırlar. Onlar keçmişlə gələcək arasında həyat keçirlər, amma ümidlərini itirmirlər. Doğma torpaqlarına qayıtmaq inamın tamam tükəndiyi zaman onlar balaca karton qutusunu hədiyyə alırlar...
PARADOKS / 2016 / Azərbaycan / 7 dəq. / qısametrajlı / rəngli
Təbiətdə pul dövriyyəsi haqqında olan köhnə lətifənin film versiyası.
ÇAYPULU / 2016 / Azərbaycan / 2:48 dəq. / qısametrajlı / rəngli
Bir müddət böyük insan kimi yaşamaq arzusunda olan balaca qız haqqında qısametrajlı film.
LAL SKRİPKA / 2016 / Azərbaycan / 5:27 dəq. / qısametrajlı / rəngli
Ekran əsəri köhnə bakılı tərəfindən nəql edilən dələduzlar dəstəsi haqqında hekayə (real hadisələr) əsasında lentə alınıb.
ANA ÜÇÜN AĞLA / 2016 / Azərbaycan / 5:27 dəq. / qısametrajlı / rəngli
Qısametrajlı bədii film məsuliyyətsiz valideynlər mövzusu haqqındadır.
Filmlər Azərbaycan dilində nümayiş etdiriləcək.
Tarix: 14 fevral, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir