17 Mar 13
Sizin portfolio, son illərin işləri də daxil olmaqla, incəsənətin müəyyən sahəsinə aid bacarıqlarınızın diapazonunu nümayiş etdirməlidir. Bunlar istər şəxsi işləriniz, istərsə də təhsil müəssisəsi üçün işləriniz ola bilər. Sərgiyə qoymaq istədiyiniz işlər sizin yaradıcı təcrübədə iştirakınızı, kreativ düşüncənizi və texniki imkanları mütləq əks etdirməlidir. İlkin tədqiqatların daxil edilməsi də mütləqdir (albomlar, hazırlıq işləri, yazı materialları).
Ideyalar, eskizlər və ekperimentlər obyekt, fotoqrafiya və ya hərəkət edən təsvir / təqdimatdan ibarət ikiölçülü işlər kimi təqdim edilə biləcək hazır işlərdən heç də az önəmli deyil.