Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
19 Apr 19
YARAT Müsir İncəsənət Məkanı “FREESTYLE” layihə çərçivəsində XX-XXlƏsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni musiqi tədbirini təşkil edir. “Musiqinin sehri” adlı konsert proqramı əhvalınıza sehrli ovqat qatacaqdır.
Tədbirdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcəkdir. Konsertdən əvvəl tədbirə gələn qonaqlar XX-XXlƏsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəəsamlarından biri olan Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgi ilə də tanış ola biləcəklər.
İştirakçılar:
Lalə Cəfərova – müəllif (Bəstəkar, beynəlxalq müsabiqələrin laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent)
Şeyda Ələsgərova – fleyta (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin artisti)
İradə Musayeva – saksofon (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin artisti)
İbrahim Babayev – tar (Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Çalğı Alətləri Orkestrinin artisti, Respublika və Beynəlxalq müsabiqələrin laureatı)
Turanə İsayeva – truba (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti)
Camal Bayramlı – saksofon (Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin artisti)
Akif Rəhimov – zərb alətləri (Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin artisti)
Tarix: 19 aprel 2019
Saat: 19:00
Ünvan: Rəngkarlıq Muzeyi
Giriş sərbəstdir
Əlaqə nömrəsi: +99412 505 7718; +99450 251 41 15