Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə06 Fev 20
YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında davam edən “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “Turin atı” filminin nümayişinə dəvət edir.
Turin atı, 2011, Macarıstan, dram, 146 dəq.
Rejissor: Bela Tarr və Aqnes Xranitski
1889-cu il, Turin şəhərində, Nitsşe əllərini gücdən düşmüş araba atının üzərinə yıxır, sonra isə huşunu və ağlını itirir. Haradasa bir kənd yerində: fermer, onun qızı, araba və qoca at. Küçədə tufan qopur.
Film “Empirik zaman” adlı YARAT Rezidensiya sərgisinin mövzusu ilə üst- üstə düşür və "zaman" konsepsiyasını araşdırır.
Film macar dilində azərbaycan və ingilis subtitrləri ilə nümayiş olunacaqdır.
Nümayişin sonunda diskussiya olacaq
Tarix: 6 fevral, 2020
Saat: 19:00
Məkan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Giriş sərbəstdir