Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 Fev 23
YARAT Müasir İncəsənət Məkanı “Multiperspektivdə” adlı qrup sərgisi çərçivəsində Osman Nuri İyemin “Buludlar” sənədli filmini təqdim edir.
“Buludlar” filmi, Türkiyənin Egey dənizi sahilində yerləşən kiçik bir kənddə yaşayan Bulud ailəsinin sənədli tragikomediya hekayəsidir. Film, yaxın ailə üzvlərinin gündəlik həyat tərzini bitərəf və humanist nöqteyi-nəzərdən təsvir edir.
Osman Nuri İyem (d.1987, Türkiyə) İstanbul şəhərində yaşayan və fəaliyyət göstərən fotoqraf və rejissordur. O, Taşeron Independent Art Initiative-nin həmtəsisçisi, həmçinin Evin Art Gallery-nin bədii rəhbəridir.
Dil: Türk, ingilis subtitrləri ilə
Müddət: 40:10 dəq.
Tarix: 7 fevral, 2023
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş qeydiyyat ilədir.
*COVID pasportu tələb olunur
Yerlərin sayı məhduddur.