Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 May 19
YARAT Müasir İncəsənət Məkanı sizi YARAT Film Klubu çərçivəsində təşkil ediləcək rejissor Əskər Əli Hacızadənin “Mələyin öpüşü” tammetrajlı bədii filmin nümayişinə dəvət edir.
Mələyin öpüşü / 2017 / Azərbaycan / 90 dəq. / dram
Film atası ucbatından ərköyün və özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə edən Cahandan bəhs edir.
Cahan xəstə atasının əməliyyat pulunu toplamaq üçün iş axtaran gənc bir qızdır. Məşhur iş adamının oğlu – Elxanın avtomobil qəzası nəticəsində iflic olduğundan valideynləri ona baxıcı axtarırlar. Cahan bu təklifə razılıq verir...
Rollarda:
Oksana Rəsulova, Elşad Xose, Fuad Poladov, Münəvvər Əliyeva, Şamil Suleymanov, Tara Əliyeva, İlhamə Qasımova, Şəhriyar Əbilov, Nizar Məmmədov, Babək Dünizadə, Mikayıl Bəylər
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 16 aprel, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir