24 Okt 15
YARAT Müasir İncəsənət Mərkəzi SAZMANAB qeyri-kommersiya incəsənət məkanının təsisçi direktoru və kuratoru Söhrab Kaşani ilə görüş tədbirinə ev sahibliyi etməsini qürur hissi ilə elan edir. Müzakirə SAZMANAB-da illər boyu aparılmış proqramlar təcrübəsi, xüsusilə də beynəlxalq proqramlar və rezidentura barəsində olacaqdır.
Söhrab Kaşani İranın Tehran şəhərində yaşayıb-yaradan çoxşaxəli rəssam və incəsənət kuratorudur.
SAZMANAB 2008-ci ildə rəsmi təsis edildikdən bəri, 2011 və 2012-ci illər boyunca digər təsisatlar, muzeylər, qalereyalar və kuratorlar ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir.
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcəkdir.
Tarix: 24 oktyabr, 2015
Saat: 19:00
Giriş sərbəstdir
Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29