23 Yan 18
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 23 yanvar 2018-ci il tarixində rejissor Məzahir Haşımovun Eliza qısametraj filminin nümayişinə dəvət edir
Eliza / 2017 / Azərbaycan / 24 dəq. / drama / rəngli
Anasının ölümündən sonra Elizanı bibisi böyüdür. Çox inadkar olan Elizanın bu xasiyyəti ona şəxsi həyatında mane olur. Bunu görən bibisi Elizanın həyatına müdaxilə edir və onu gənc bir oğlanla tanış edir. Bu tanışlıq Elizanın həyatında xüsusi dəyişikliklərə yol açır...
Film Azərbaycan dilində ingilis dili subtitrları ilə nümayiş olunacaq
Tarix: 23 yanvar, 2018
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Giriş sərbəstdir