13 Fev 20
YARAT Müasir İncəsənət Məkanı sizi, “Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış” sərgisinin bağlanış konsertinə dəvət edir. Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları iştirak edəcəklər.
“Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış” sərgisi, bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir.
Proqramda Azərbaycan və İran bəstəkarlarının əsərləri səslənəcək
Layihə iştirakçıları:
Alp Əliyev
Sara Dilruba
İsmayıl Zülfüqarov
Pərvin Dadaşova
Gülnaz Eldarlı
Nəzrin Mustafayeva
Tarix: 13 Fevral, 2020
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir