03 Noy - 15 Noy 14
ROBER CAHEN İLƏ USTAD DƏRSLƏR
GÖRÜNMƏZ LENT
MÜDDƏT
1 > 18 noyabr 2014
(2 həftə)
KURSUN RƏHBƏRİ: Rober Cahen
Fransanın aparıcı video rəssamlarından biri sayılan Rober Kaen 1972-ci ildən bugünədək kino və televiziya verilişləri üçün bir çox video çəkiliş işlərini yerinə yetirib. Kaenin yaratdığı özünəməxsus və zərif bir dünyada bədii və sənədli aspektlər bir-birinə bənzəyir və sanki zaman, məkan, hafizə və qavramanın faniliyini təsvir edən xəyali, incə röyaların metaforik səyahəti kimi təqdim edilir. Kaen təqdim olunan həqiqətin visual, eşidilə bilən və zamani transformasiyaları tədqiq etdikcə, təsviri və performans janrların təsəvvür olunan hüdudlarını genişləndirir.
1984-1986 illərdə ərsəyə gətirilən “Cartes postales video” (“Video Açıqçaları”) adlı xəfif əsərdən tutmuş 1985-ci ildə yaradılan və müəmmalı musiqi və visual transformasiyalarla seçilən “Boulez-Repons” əsərinədək, Kaenin işləyib hazırladığı əsərlər səs və görüntünü, məkan və zamanı məharətlə işlədən və nəticədə qeyri-reallığın ehtiyatla gerçəkliyə çevrilməsini təmin edən elektron texnologiyaların mürəkkəb şəkildə tətbiqi sayəsində yaradılırdı. Akustika, musiqi və film çəkilişi sahələrində geniş tədqiqatlara əsaslanaraq, Kaen optik rejimi səs rejiminə, mənzərəli şəklin isə bədii filmin tələblərinə uyğun olaraq dəyişilməsi məqsədilə, təqdim olunan rejim strukturunu yenidən qurmaq üçün səslə görüntü kadrların oyununu istifadə edir. Fəhm və cazibə ilə ahəng təşkil edən, texniki cəhətdən dəqiqliklə işlənilən Rober Kaenin əsərləri səyahət, hərəkət və keçidlə əlaqəli olan rəsmi və tematik aspektlərə istinad edirlər. Kaenin misli görünməmiş səfərləri zamanla piktorial tərzdə dəyişilən keçid reallığının ani sayrışmalarını təsvir edir.
Rober Kaen 1945-ci ildə Fransanın Valans şəhərciyində dünyaya göz açıb. O, Parisdə yerləşən Ali Milli Musiqi Konservatoriyasını bitirdikdən sonra 1971-1974-cü illərdə Fransa Radio və Televiziya Üst Qurumunun idarəsi olan “Groupe de Recherche Musicales” kollektivin üzvü olmuşdu. 1973-1976-cı illər /İNA idarəsində eksperimental videoçəkilişlər qrupunun üzvü idi. Onun ərsəyə gətirdiyi bir çox video işlər Fransada televiziya verilişlərin istehsalı ilə məşğul olan Milli Audiovizual İnstitutu (İNA) ilə əməkdaşlıqda işlənib hazırlanmışdır. Onun videoçarxları bir çox təsisatlarda və festivallarda, o cümlədən Paris Biennalesində, Nyu-Yorkun Müasir İncəsənət Muzeyində, Los-Ancelesdəki Amerika Film İnstitutunun təşkil etdiyi Milli Video Festivalında, Haaqada keçirilən Dünya Video Festivalında, Nyu-Yorkun Beynəlxalq Fotoşəkil Mərkəzində, Almaniyada, Kassel şəhərində “Dokumenta” Festivalında, Braziliyanın “FestRio” Festivalında, Tokio Festivalında və İtaliyanın Lokarno şəhərində təşkil olunan Festivalda yayımlanmış və ya səsləndirilmişdir.
KURSUN TƏSVİRİ:
Rober Kaen seminar zamanı tədbir iştirakçıları tərəfindən qısa rezyumelərin işlənib hazırlanması və yazılması prosesini idarə edəcək. Hər bir tədbir iştirakçının xəyal / qeyb mövzusunda artıq hazır layihə yazısı ilə gəlməyi məqsədəmüvafiqdir. Ikihəftəlik kurs hər bir iştirakçının 4-8 dəqiqə ərzində təqdim etdiyi layihə təkliflərinin təhlili və həyata keçirilə bilmə imkanlarının araşdırılması ilə başlanacaq (ikigünlük fəaliyyət).
Günün sonunda cənab Rober mənim çəkdiyim bəzi video çarxları nümayiş edə bilər və özünün çəkdiyi video çarxların mahiyyəti və niyə məhz xəyal/qeyb mövzusunu seçdiyi barədə söhbət açacaq. Kurs cədvəli çox sıx olduğuna görə, iştirakçılar artıq ikinci və ya üçüncü gündən etibarən çəkilişlərə başlayacaq və, beləliklə, iştirakçılar 3-4 gün məhz çəkilişlərin aparılmasına və düzəlişlərin edilməsinə həsr edəcək.
Birgünlük təlim ərzində Bakıda və ya Bakıdan kənarda (Bakıya yaxın ərazilərdə) çəkiliş apardıqdan sonra mühazirəçi hər bir fərdi layihəni sona çatdırmaq məqsədilə iştirakçılara montaj dərsini verəcək. Kurs başlandıqdan etibarən əməkdaşlığın səmərəliliyini təmin etmək məqsədilə iştirakçılar üç nəfərdən ibarət kiçik qruplara bölünəcək. iştirakçılardan öz video çəkilişi üçün müvafiq səs müşahidənin (saundtrekin) axtarıb tapılması xahiş olunacaq, çünki səs müşahidənin işlənməsi seminarın vacib mövzularından birini təşkil edir.
HƏDƏF QRUPU:
CƏDVƏL:
Dərslər 1 > 18 noyabr 2014 tarixləri ərzində, hər gün saat 10:00-dan 18:00-a kimi keçiriləcək
YEKUN:
Seminarın sonunda rezyume ilə birlikdə video təqdimat hazırlanmalıdır. Əgər bəzi iştirakçılar video instalyasiyaların ərsəyə gətirilməsi fikrinə gələcək, o zaman kurs rəhbərliyi bu fəaliyyəti dəstəkləyəcək.
Layihələrin son montaj işləri ya iştirakçıların özü və ya tərəfdaşları tərəfindən yerinə yetiriləcək (bir şərtlə ki, onlar zəruri bu sahədə tələb olunan zəruri biliklərə malikdir və müvafiq proqram təminatı ilə işləməyi bacarır), ya da peşəkar videoqraf və Rober Kaenin özü tərəfindən sona çatdırılacaq.
QEYDİYYAT:
Qeydiyyatın başlanma tarixi: 1 avqust, 2014
Qeydiyyatın bitmə tarixi: 29 oktyabr, 2014
Xahiş edirik, qeydiyyat formasını (AZ, İNG və ya RUS) dolduraraq iştirak istəyiniz haqda məktubu təqdim edəsiniz (ən azı 200 sözdən ibarət)
E-mail: leyla.m@yarat.az
Əlaqə telefonu: 012 5051414
Yalnız seçilmiş namizədlərə məlumat veriləcək.