Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Fev 18
YARAT Müasir İncəsənə Məkanı Sizi ən iri tədbirlərdən olan “Future Shorts” qisametrajlı film festivalına dəvət edirik!
Yeni Qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.
Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir. Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
“Future Shorts” festivalının Payız mövsümü toplusu özündə 6 filmi birləşdirir.
Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə).
Tarix: 28 fevral, 2018
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanı
Giriş sərbəstdir