Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə01 Sen 23
YARAT Müasir İncəsənət Məkanı və ARTIM Layihə Məkanı “Re-view” (azərb. Baxış, icmal) adlı təhlil-müzakirə layihəsinin yeni tədbirinində iştirak etməyə dəvət edir.
Layihə, ARTIM-da cari sərgilərə dair təyin edilmiş mövzuları, dəvət olunmuş peşəkarların iştirakı ilə hərtərəfli təhlil edir.
Tədbirin mövzusu: Bayağı vs (versus) Zövq – “Müqəssir zövq” sərgisinin analizi.
Müzakirəçilər: Azərbaycan Milli İncəsənət Muzeyi Məktəb bölməsinin rəhbəri, sənətşünas və tənqidçi Mənsurə Məmmədəliyeva və sənətşünas, rəssam və kurator Ülkər Əliyeva.
Tədbirdə zövq və bayağılıq anlayışları, zövq və ya zövqsüzlüyün hansı sosial və individual meyarlara əsaslanaraq ölçülməsi kimi bir çox mövzulara nəzər yetiriləcək.
Tədbirin sonunda kiçik sual-cavab sessiyası da baş tutacaq.
Tarix: 1 sentyabr, 2023
Saat: 20:00
Məkan: ARTIM Layihə Məkanı (3-cü mərtəbə)
Dil: Azərbaycan
Giriş sərbəstdir (*yerlər məhdud saydadır)
T.: 012 505 2323