Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 Fev 24
“Sevgiylə, Vinsent”- yağlı boya ilə çəkilmiş ilk tammetrajlı animasiya filmidir. Dünyanın müxtəlif ölkələrinin 125 rəssamından ibarət komanda, Van Qoqun dəsti-xəttindən istifadə edərək kətan üzərində yağlı boya ilə 65 minə yaxın kadr yaratmışdılar.
Vinsent Van Qoqun intiharından bir il sonra onun tanışı poçtalyon Cozef Rolen, rəssamın qardaşına göndərilməyən məktubunu aşkar edir. Poçtalyon, oğlu Armanda mərhumun qardaşı Teo Van Qoqu tapıb məktubu ona çatdırmağı tapşırır. Cozef Rolen rəssamın ölümü şübhəli hesab edir, çünki ölümündən bir neçə həftə əvvəl Vinsent məktublar vasitəsilə əhvalının rahat və normal olduğunu yazırdı. Armand könülsüz olaraq bu tapşırığa razılaşır və Parisə yollanır...
Tarix: 16 fevral, 19:00
Dil: İngilis dilində (orijinal) və ingilis dili altyazıları
Filmin müddəti: 94 dəq.
Yaş həddi: 16+
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş sərbəstdir.
Əlavə məlumat üçün: +99450 251 41 15