Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
04 Fev 16
YARAT Müasir İncəsənət Məkanı 4 fevral 2016-cı il tarixində Asif Rüstəmovun ssenarisi və rejissorluq etdiyi "Ev" və "Arxası qibləyə" filminlərin nümayişinə dəvət edir.
Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilir və sual-cavab sessiyası ilə davam edəcək.
Ev / 2007 / Azərbaycan / 33 dəq. / Drama / Rəngli
Filmin işsiz qəhrəmanı Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni becərmək sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və xanım qəhrəmanla sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir.
Film yeni və köhnə dəyərlərin, idealist və praqmatik təfəkkürün ziddiyyətlərindən bəhs edir. Göydələnlərin mühasirəsinə düşmüş yeganə köhnə evin sahibi - filmin qəhrəmanı dilemma qarşısında qalıb. O, ya öz evini satmalıdır, ya da ata evini qoruyaraq ehtiyac içində yaşamalıdır...
“Ev” filmi bir necə kino festivallarında iştirak edib və mükafatlara layiq görülüb: Aziatika Film Mediale Festivalı (Roma, İtaliya, 2007) – “Tamaşaçı simpatiyası” mükafatı; Beynəlxalq Audiovizual Festivalı (Bakı, Azərbaycan, 2007) – “Ən yaxşı prodüser” mükafatı; Festival del Cine Pobre (Havana, Kuba, 2008) – “Ən yaxşı qısametrajlı film” mükafatı və s.
Arxası qibləyə / 2009 / Azərbaycan / 12 dəq. / Drama / Rəngli
Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtarmaq üçün o cəsurluğunu sübut etməlidir...
“Arxası qibləyə” filmi Visionaria (İtaliya), La boca del lobo (İspaniya), Gulf Film Festival (BƏƏ) kino festivallarında nümayiş olunub.
12 +
Tarix: 4 fevral, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir