01 Dek - 15 Dek 14
"HƏR GÜNÜ BƏRPA EDƏRƏK – RƏSSAM-FOTOQRAF, YARADICI VƏ MÜTƏFƏKKİR KİMİ"
Müddət:
1 – 15 dekabr 2014
(2 həftə)
KURSUN RƏHBƏRLƏRİ: Rossella Emanuele və Mervyn Arthur (BÖYÜK BRİTANİYA)
Rəssamlar Rossella Emanuele və Mervyn Arthur fotoqrafiya, video, tamaşa və heykəltəraşlığı özündə birləşdirən müxtəlif sahəli iş təcrübəsini paylaşaraq həm müstəqil, həm də müştərək şəkildə çalışırlar. Onlar mütəmadi olaraq Böyük Britaniya və digər ölkələrdə sənət işlərini nümayiş və dərc etdirirlər.
KURSUN TƏSVİRİ:
Bu məşğələlər iştirakçıları gündəlik həyatda istifadə edilən materiallardan incəsənət əsərinin necə yaradılmasını nəzərdən keçirməyə dəvət edir. Tanışlıq mühazirəsi və seminarlar fotoqrafiya və müasir incəsənətdə ən son meyllər barədə təhlil aparmaqla praktiki məşğələlər, təkbətək müzakirələr və qrup təlimatları ilə davam etdiriləcək. İştirakçılardan fotoqrafiya, linzalı vasitələr, üç ölçülü konstruksiya və məzmun araşdırmasından istifadə etməklə geniş praktiki təcrübə aparılması vasitəsilə “gündəlik” olanlarla çalışma ideyasına öz münasibətlərini bildirmək xahiş ediləcək. Təlimçi və həmkarlarınızla aparılan dialoqlar vasitəsilə sizə müxtəlif proses, material və vizual strategiyalar içərisindən ideyaların necə axıb keçdiyini araşdırmaq və bunun nə yarada biləcəyinizi nəzərdən keçirməyə şərait yaradılacaq. Məşğələlər işlərin qrup tənqidi və təklifləri üçün təqdim edilməsilə yekunlaşacaq. Bu məşğələlər fotoqrafiya sənətində çalışarkən təcrübi yanaşmanı inkişaf etdirməyə və fotoqrafiya, heykəltəraşlıq, instalyasiya, rəsm, tamaşa və s. ilə çalışarkən müxtəlif sahəli təcrübə üçün potensialı kəşf etməyə meylli olan tələbələr üçün nəzərdə tutulub.
HƏDƏF QRUPU:
Eksperimental fotoqrafiya, ideyaların inkişaf etdirilməsi və müasir incəsənət sahəsinə (heykəltəraşlıq, tamaşa, rəsm, video, şərti qrafik cızım və məzmun təhlili də daxil olmaqla) böyük marağı olan tələbələr. İştirakçılar müstəqil şəkildə çalışmağı bacarmalı və özləri ilə rəqəmsal kamera gətirməlidirlər.
CƏDVƏL:
I gün Mühazirə 1. Layihənin qısa məzmunu, çalışmalar, iştirakçıların işlərinin müzakirəsi
II gün Açıq dərs (səyahət) – Davam edilən işlərə baxış
III gün Qrup seminarları
Araşdırma günü
IV gün Fərdi dərslər
Həftəsonu
V gün Mühazirə 2. Sessiyalararası müzakirə
VI gün Studiya çalışması / Dərslər
VII gün Studiya çalışması / Dərslər
VIII gün Sərgilənəcək son işin hazırlanması, yekunlaşdırılması və yekun baxış
IX gün Yekun sərgi, Tənqid və təkliflər
YEKUN:
İştirakçılardan məşğələlərin sonunda Qrup Tənqid komissiyası üçün seçilmiş işlərini təqdim etmək və bu işləri nümayiş olunaraq müzakirə etmək xahiş ediləcək.
QEYDİYYAT:
Qeydiyyatın başlanma tarixi: 15 oktyabr, 2014
Qeydiyyat üçün son tarix: 20 noyabr, 2014
E-mail: leyla.m@yarat.az
Xahiş edirik, ərizəni dolduraraq iştirak etmək istəyiniz barədə məktubu (azı 200 sözdən ibarət) göndərəsiniz. İştirak etmək istəyiniz barədə məktub Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər (öz seçiminizdən asılı olaraq).
*Yalnız seçilmiş namizədlər məlumatlandırılacaq.