03 İyn 16
YARAT FreeStyle və “Əlifba” Uşaq Teatrı öz gənc aktyorları ilə birgə Sizi “Canavar və yeddi keçi balası” adlı şən müzikl tamaşasının premyerasına dəvət edir. Qayğısız uşaqlıq, dostluq, qayğı və sevgini özündə birləşdirən mənalı və təsirli bir hekayə.
Tamaşa İyunun 3-ü saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində göstəriləcək.
Rollarda bizim balaca, amma çox istedadlı aktyorlarımız:
İrma Nərimanbəyova (7 yaş)
Kamila Patrisiya Zbutska (7 yaş)
Davud Adıgözəlov (7 yaş)
Marqarita Qarayeva (8 yaş)
Kamil Ələkbərov (9 yaş)
Ayan Salamova (10 yaş)
Heydər Qasımov (10 yaş)
Leyla Ələkbərova - (12 yaş)
Məryəm Abbasova - (12 yaş)
Teatr haqqında
“Əlifba” teatr studiyasında uşaqlar aktyor sənəti, xoreoqrafiya, vokal və səhnə danışığı öyrənirlər. Bütün şagirdlər teatrın tamaşalarında iştirak edirlər və əsl aktyorlar kimi peşəkar səhnədə çıxış edirlər. “Əlifba” Uşaq Teatrının üstünlüyü ondan ibarətdir ki, yaradıcı seçimi keçirmir, çünki əmindir – qeyri-istedadlı uşaq olmur. Əsas – yaradıcılıq ruhunu onlara sirayət etdirməkdir!
Tarix: 3 iyun, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir