12 Mar - 04 Apr 15
ISOLATION ROOM/GALLERY KIT ('TƏCRİD OTAĞI')
“Port Baku” ticarət mərkəzi, Neftçilər pr. 153, 1-ci mərtəbə
12 mart – 04 aprel 2015-ci il
ARAT təşkilatı 2015-ci ilin mart ayında Bakıda keçiriləcək “TƏCRİD OTAĞI” adlı birgə layihəsi barədə məmnunluq hissiylə xəbər verir. Bu biraylıq layihənin vaxtı elə təyin edilib ki, ABŞ-ın Bakıdakı Səfirliyinin təşkil etdiyi Amerika Həftəsinə təsadüf etsin.
“TƏCRİD OTAĞI” – davamlı, inkişaf edən layihə olaraq, yığma bir qurğu əsasında həyata keçirilir. Biçiminə görə yekə qutunu xatırladan həmin yığma modulun ölçüsü 7 x 7 x 9 futdur (2,13 х 2,13 х 2,74 metr). Bu modul yalnız bir ədəd eksponatın – tək qoyulmuş əsərin seyrçilərə nümayiş etdirilməsini hədəfə alır.
Daniel McGrath və Dana Turkovic tərəfindən 2010-cu ilin iyul ayında başlanmış “TƏCRİD OTAĞI” layihəsi istənilən sənət əsərini karantin təcridi şəraitinə salmağa imkan verir. Karantinə düşərək, əsər, sanki, bütün qıraq mövzulardan və əvvəlki kontekstlərindən təmizlənir. Sərgilənən eksponatla onun ziyarətçilərini qapalı və darısqal şəraitə salan layihə modulu eksponatın sırf estetik dəyərini qiymətləndirməyə kömək edir, rəssam, kurator və tamaşaçı auditoriyası arasında əlaqəni yeniləyir.
İştirak edən rəssamlar:
12 mart, 19:00 / “Port Baku” ticarət mərkəzi
Təqdimatın başlanması
13 mart, 11.00-17.00 / “Port Baku” ticarət mərkəzi
Isak Berbic (Bosniya və Herseqovina/ Nyu-Yorkda yaşayır)
Slater Bradley (San Fransisko / Berlinda yaşayır)
Juliet Chadwick (London / Straudda yaşayır)
Juan William Chavez (Lima / St.Luisda yaşayır)
Marcel Dzama (Vinnipeq / Nyu-Yorkda yaşayır)
Thomas Harris (Bristol / Los Ancelesda yaşayır)
Pablo Helguera (Meksiko Siti / Nyu-Yorkda yaşayır)
Jay Lizo (Çikaqo / Los-Ancelesda yaşayır)
Ross McDonnell (Dublin / Nyu-Yorkda yaşayır)
Lisa Sanditz (St. Luis / Nyu-Yorkda yaşayır)
Ryan Thayer (St. Luis / Berlinda yaşayır)
14 – 19 mart / “Port Baku” ticarət mərkəzi
Emin Əzizbəyli (Azərbaycan)
20 – 25 mart / “Port Baku” ticarət mərkəzi
Lana Sokolova (Azərbaycan)
26 - 31 mart / “Port Baku” ticarət mərkəzi
Zamir Suleymanov (Azərbaycan)
01 - 04 mart / “Port Baku” ticarət mərkəzi
Aytən Abdullayeva (Azərbaycan)
Layihələrin təqdimatından əlavə, YARAT Müasir İncəsənət Məkanı həm də Daniel McGrath və Dana Turkovic tərəfindən keçiriləcək mühazirə və müzakirələr də təşkil edəcək:
11 mart, 19:30 / YARATın baş ofisi / Port Baku
Matryoşka modeli və digər kurator layihələri” (Dana Turkovic)
13 mart, 19:00 / YARATın baş ofisi / Port Baku
Revenge 101 (“İntiqam 101”) mühazirəsi (Daniel McGrath)
Ətraflı məlumat: info@yarat.az və ya +994125051414