Fevral 2020

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: MİRBALA SƏLİMLİ QIRMIZI BAĞ

25 Okt 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

25 oktyabr 2016-cı il tarixində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” adlı filmi təqdim olunacaq.


Qırmızı bağ / 2016 / Azərbaycan, Rusiya / 88 dəq / dram / rəngli


Film vaxtilə babaları bəy olmuş, özü isə vilayətdə məktəb müəllimi işləyən Abbasın həyatından bəhs edir. Əlacsız doğma oğul arzusu onu öhdəçiliyində olan yetim uşağa və hətta sevimli həyat yoldaşı Vəfanın çıxılmaz vəziyyətinə qarşı kor edir. Lakin hər şey onun öz əlləri ilə Vəfanı ölüm ayağına sürüklədikdən sonra dəyişir. İndi Abbas bu dünyada qoruya bilmədiklərini o biri dünyada qaytarmaq istəyir.


Quruluşçu rejissor: Mirbala Səlimli 

Quruluşçu operator: Maksim Drozdov 

Prodüser: Müşfiq Hətəmov, Timur Vaynşteyn 

Rollarda: Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və b.


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 25 sentyabr, 2016

Saat: 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


 

Yüklənir