Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

YARAT REZİDENTLƏRİ SƏRGİSİ: SƏRHƏD LAYLARI

14 Dek - 19 Yan 19

YARAT Müasir İncəsənət Məkanı, sizi YARAT rezidentləri – Yevi Joxova (Birləşmiş Krallıq/Rusiya), Aurelien Lepetit (Fransa/Niderland), Emil Məcnun, Aydan Mirzəyeva (Azərbaycan) və Cuditta Vendramenin (İtaliya/Niderland) əsərlərindən ibarət "Sərhəd layları" adlı qrup sərgisinə dəvət edir.


"Sərhəd layı" termini, stabil səthlə əlaqədə olan maye və ya qazın hidroaeromexanikasına əsasən kəsici qüvvəyə məruz qalmış qalın lay deməkdir. Bu hərəkət prinsipi mexanizmlərin sürüşməsini optimallaşdırmaq üçün istifadə olunan aviasiya və gəmiqayırma kimi sahələr haqqında biliklər əldə emək üçün çox vacibdir. Hər bir sərhəd laylarında axın, adətən laminar və turbulent olmaqla dəyişir. Əgər laminar axın adi istiqamətlərdə düz və hamar hərəkətə imkan verirsə, sərhəd layında turbulentliyin yer alması isə bunun əksinə, maneələrdə müqavimət gücünü azalda bilər. Sərgidə rəssamlar təbiətdə, sosial strukturlarda normal halda görünməyən, minimal laylara istinad edərək, sərhəd laylarına metaforik mənada müraciət edirlər. Bu isə yalnız arxada yerləşən sərt cisimli strukturları çalxalayaraq turbulentliyin aşkara çıxarılması ilə mümkündür. 


Yevi Joxovanın Qafqaz dağlarında çəkdiyi "Bu isti səhrada qar üçün darıxıram" filmi ənənələrin yaradılmasını, yaddaş, fərdi təcrübələr və münasibətləri araşdırır. Layihənin əsas mahiyyəti iqtisadi və siyasi miqrasiyalar ilə bağlı bir sıra fərdi hekayələr, insanın öz doğma mədəniyyətinə, habelə ailə tarixinə yenidən qovuşma arzusu və yerdəyişmə vasitəsilə dağlara qarşı nostalji məhəbbətlə bağlıdır. Rəssamın Qafqaz ritualları və ənənələri vasitəsilə Qafqazla şəxsi əlaqəsinə nəzər salan bu film və instalyasiya torpaq, ərazi və cəmiyyət arasındakı əlaqəyə istiqamətlənib. 
Xüsusi olaraq hazırlanmış teatral rekvizitlər və kostyumlar ilə Xızı və Qobustanda təşkil edilmiş müasir ritual, Azərbaycan aktrisaları Nargilə Qəribova və Rumiyə Ağayevanın rəqsləri və ifası ilə müşayiət edilir.
Muqili müşayiət: Fərhad Fərzəliyev 


Aurelien Lepetitin "Atar" adlı qarışıq medialardan ibarət məkana uyğun instalyasiyası, rəmzi olaraq Günəş kultunda "Od tanrısı" sayılan Atara istinad edir. Bu əsər, diqqəti çar rejimində və SSSRI dövründə gizli məşq praktikası və mədəni müqavimət aləti kimi mənaca kiçildilmiş zorxana idman növünə (fars. varzesh-e pahlavāni ) yönəldir. Əsərdə müasir zorxana rituallarını yerinə yetirən Rüstəm pəhləvanın epik obrazı ilə, mifik, tarixi və milli ədəbi mənbələrə əsasən igidlik və şücaət rəmzi əks olunur. 
Diqqəti mazdeizm, mitraizm və zoorastrinizmin təsirlərinə yönəltməklə, şüşə üfürmə sənətinin etnik mənsubiyyəti və sənətin sənayeləşdirilməsi ilə birgə, tar, Azərbaycanın mədəni müxtəlifliyinin, mədəni irsinin zənginləşdirilməsinə, onun inkişaf yoluna və yox olmasına nəzər salır.


Birinci mərtəbəni Emil Məcnunun qrafiti əsərləri əhatə edir. Əsərlərdə laylanma və dekonstruksiya konsepsiyasını tətbiq etməklə, o, Azərbaycan mədəniyyətinin şəhər, sənaye və reklam reallıqlarının vizuallığını bir araya gətirir. Rəssam divarı rəngləyir, rəngi silir, yenə rəngləyir və yeni obyektlər əlavə edir... Bununla o, məkanın daim transformasiyada və dəyişkən rejimdə olduğunu vurğulayır. Silinmiş seksiyalar vizual olaraq çox maraqlı və gözlənilməz müqayisələr doğuran altdakı hissələri aşkara çıxarır. Bunu həm destruktiv, həm də kreativ adlandırmaq olar.
Bu əsər, rəssamın Bakıda sürətlə dəyişən şəhər mühitinə və tarixi mirasa yanaşmasına, eləcə də strit-art mədəniyyətinin şəhər dekorasiyası, yoxsa vandalizm hərəkəti kimi qəbul edilməsi ilə bağlı ziddiyyətə nəzər salır.


"Wood-Wide-Web" adlı əsərində Aydan Mirzəyeva ağacın strukturu və möhtəşəm xüsusiyyətlərini işıqlandırmaqla, bu silsilədən olan əsərləri davam etdirir. Bu əsər, ağacların bir-biri ilə ünsiyyət qurmasına imkan verən köklər şəbəkəsi vasitəsilə, ağrıları “qeyd etməsi”, ətrafdakıları öyrənməsi və hətta, bir-birini müdafiə etməsi və qayğısına qalması haqqında son zamanların elmi biliklərindən ilhamlanıb. Öz incə kök sistemləri ilə, ağaclar və bitkilər onları bir-birinə bağlayan mikoriza adlı göbələk ilə əlaqədə olaraq, bu məlumatlar ağacdan-ağaca ötürülə bilər. İncə ağac çalarlarının müxtəlif rənglərindən istifadə etməklə, rəssam bu kompleks sistemin gözəlliyini daha dərindən araşdırır, havaya və inkişafa məruz qalan müvəqqəti obyektləri analiz edir və təbiətdə yer alan dinamika və proseslərin estetikasını göstərir.


Cuditta Vendramenin məkana uyğun instalyasiyası Xəzər dənizinin ortasında yerləşən, yüzlərlə kilometr körpü və platformalardan hazırlanmış şəhərin, Neft Daşlarının timsalında “qadağan olunmuş şəhərin” abstrakt modelinin analoji təsviridir. 1949-cu ildə dünyanın ilk ofşor neft hasilatı ərazisi kimi ucaldılmış bu şəhər, sahildən gözlə görünmür. Dəniz üzərində yerləşən heterotopik şəhər tipli qəsəbəyə giriş məhduddur və daim nəzarət altındadır. Əraziyə gələ bilən insanlar arasında neftçilər çoxluq təşkil edir. Uydurma modelin konstruksiyası Bakının sakinləri və bu uzaq, rütubətli şəhər arasında daha yaxın məsafə yaratmağa çalışır. Suda yerləşən modelin içində və ətrafında gəzinti, dənizin ortasında yerləşən məkanın iqtibası və təkrar apropriasiyası kimi nəzərdə tutulub. 


Sərginin açılışı: 14 dekabr, 2018
Saat: 19:00


Sərgi tarixləri: 14 dekabr 2018 – 19 yanvar 2019 
İş saatları: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00  


Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç. 30, 001A
Giriş sərbəstdir

Yüklənir