14 Fev - 28 Fev 24
Fərhad Xəlilovun “Yerlə göy arasında” fərdi sərgisi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin fevral proqramı:
14 fevral
Mövzu: Vizual esse
Tyutor: Gülarə İsrafilova
Ustad dərsinin iştirakçıları “Yerlə göy arasında” sərgisi ilə tanış olacaqlar və daha sonra kətan üzərində akril boyalardan istifadə edərək, baxdıqları əsərlərin əsasında vizual olaraq “esse” yaradacaqlar.
21 fevral
Mövzu: Yerlə göy arasında
Tyutor: Erkin Ələkbərli
Ustad dərsi zamanı iştirakçılar palitra bıçağı (mastixin), fırça və akril boyalar vasitəsilə kətan üzərində abstrakt mənzərə yaradacaqlar.
28 fevral
Mövzu: Kağız formalar
Tyutor: Müşfiq Heydərov
Ustad dərsində iştirakçılar ilk növbədə papye-maşe texnikası ilə tanış olacaqlar, daha sonra heykəllər yaradacaqlar.
Yaş məhdudiyyəti: 16+
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: 050 251 41 15
(Qeydiyyat: çərşənbə axşamı – bazar, 11:00-18:00)