Mart 2018

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB İŞTİRAKÇILARININ BURAXILIŞ SƏRGİSİ

02 Mar - 16 Mar 18

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Lab 2017 layihəsi çərçivəsində keçiriləcək rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət “Buraxılış sərgisi” adlı tədbirə dəvət edir.


Bir-illik ARTIM Lab layihəsi ərzində, rəssamlar müxtəlif mövzular və texnikalar ilə eksperimentlər aparmaq, habelə seminarlar, praktiki məşğələlər və mühazirələr vasitəsilə təcrübə qazanmaq imkanı əldə etdilər. Buraxılış sərgisinə rəssamların yekun işlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən gender problemləri, rəssam və təbiət arasında əlaqə, sənətin müvəqqətiliyi kimi müxtəlif mövzulara toxunan performans və heykəltəraşlıq əsərləri daxildir. 


Şahnaz Ağayevanın “XX/XY” adlı əsəri taxta pazldan ibarətdir. Digərlərindən fərqli olaraq, bu pazlı saysız-hesabsız variantlarda yığmaq mümkündür. Sərgi ərzində ziyarətçilərə pazlın hissələrini yığmaq imkanı təklif ediləcək. Proses, müzakirələr, birgə fəaliyyətlər və baş verə bilən ziddiyyətlər əsərin vacib hissəsini təşkil edir. Əsərin adı onu göstərir ki, dünyaya kişi (XY xromosomu) və ya qadın (XX xromosomu) kimi gəlmək ehtimalının faiz nisbəti 50/50 və reproduksiya prosesində hər iki cinsin bərabər iştirakını tələb edir. Bununla da, rəssam cinslərdən hər hansı birinin üstün və ya aşağı tutulmaması şərtilə, təbiətdə üstünlük təşkil edən ədalətli bərabərlik prinsipinin cəmiyyətə ötürülməsinin vacibliyini vurğulayır. Rəssam qadın döşləri obyektini ona görə seçib ki, məhz onlar bütün insanların sağqalma instintklərindən biri sayılır və qeyri-iradi olaraq ona toxunmaq arzusunu oyadır. Bu səbəbdən, rəssam insan təbiətinə nisbətən yaxın olan, istiliyi və enerjini özündə saxlaya bilən ilıq, yumşaq ağac materialından istifadə edib. 


Mousa Bəyzadənin instalyasiyası eyvandan asılmış döşəkağı, cinsiyyət orqanının yerinə əl olan vücud heykəli və bir stəkan təmiz sudan ibarətdir. Bu əsər, qadın paklığı mövzusunu araşdırır və “rüsvayçılığın” necə üzə çıxarılması (məsələn, nikah gecəsindən sonra döşəkağının “ağ” qalması) ətrafında cərəyan edir. Rəssam, bəzi əxlaqi-mənəvi prinsiplərin mənasız və cəfəng xarakterini vurğulayır. “Təmiz qadına heç vaxt kişi əli dəyməməlidir” kimi mümkünsüz gözlənti də məhz bu səpgidəndir. Stəkandakı su təmizlik, paklıq əlaməti olmaqla yanaşı, həm də insanların suda öz əksləri ilə üzləşməsi və dəyərləri yenidən mənalandırması üçündür. 


İlahə Xalıqovanın performansı – cəmiyyət, şəxsi və mənəvi baxımdan maddi mövcudluq məsələsinə qarşı gender anlayışlarını sual altına qoymağa çalışır. Bu performans, ARTIM Lab çərçivəsində rəssamın əvvəlki layihələrinin (transgender şəxslə müsahibə, görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlinin performativ və müasir interpretasiyası) davamı sayılır. İlahə, özündə eyni zamanda həm qadın (Radha), həm də kişi (Krişna) prinsiplərini cəmləşdirən Hind ilahi cütlüyü – Radha Krişna kimi dərin yanaşmaları cəlb etməklə, öz performansının mənasını genişləndirib. 


Aydan Mirzəyevanın əsəri təbiət və rəssam arasında əlaqəni işıqlandırır və “Kim kimə diktə edir?” sualına cavab tapmağa çalışır. Tarix boyu rəssamlar həmişə reallığı mümkün qədər daha gerçək əks etdirməyə çalışıblar və incəsənət tarixində əsərlərin texniki mürəkkəblik səviyyəsi, rəssamın işinin keyfiyyətini müəyyən edib. Öz növbəsində, rəssam pastel tabaşiri ilə ağac parçasının strukturuna müraciət edərək, onu öz əsərində xüsusi olaraq qabardır. Ağacın illik halqaları səs və ya su kimi müxtəlif növ dalğaları xatırladır, qara nöqtələr isə insan vücudu ilə əlaqələndirir. Hər bir strukturun öz tarixçəsi var və rəssam bunu öz texnikası ilə vurğulayır. 


Gənc rəssam Qafar Rzayev sərgidə sözlərdən ibarət əsər təqdim edir. Hər bir şeyin əvvəli olduğu kimi sonu da var – bu prinsip incəsənət cərəyanlarından da yan keçməyib. İncəsənət tarixinə nəzər salsaq görərik ki, hər hansı cərəyan müəyyən bir zaman keçdikdə öz yerini başqa bir cərəyana təhvil verib. Rəssam əsərində çox sadə minimalistik şriftlərlə işlənən sözlər üzərində kiçicik dəyişiklikləri edərək sözü başqa bir kəlməyə çevirir. Rəssam bu manevrlə müasir incəsənətin də “təhvil-təslim” prosesindən geri qalmayacağını və bir gün yerini başqa bir əvəzedicisinə verəcəyini vurğulayır.


ssamlar haqqında

Mousa Bəyzadə (d. 1995, Bakı) 2017-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. Onun əsərləri “Futurismo ORA” və “Dysphonia” kimi qrup sərgiləri, habelə ARTIM Layihə Məkanında keçirilən tədbirlərdə nümayiş etdirilib (2017). 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində Mousanın əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


Şahnaz Ağayeva (d. 1984, Sumqayıt) 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika üzrə magistr dərəcəsini alıb. Nizami Təhsil Mərkəzində müəllim işləyib və “OYUNCAQ” uşaq dərgisində rəssam kimi iştirak edib. 2015-ci ildən YARAT-da rəsm müəllimi işləyir. Onun əsərləri “Sumqayıt 50” (Sumqayıt Dövlət İncəsənət Qalereyası, 2000) və “Səslərin rəngi” (Natəvan Qalereyası, Bakı, 2016) kimi qrup sərgilərində, həmçinin “İstedadlı əllər” (Türkiyə, 2006) kimi xarici sərgilərdə iştirak edib. 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində Şahnazın əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


İlahə Xalıqova (d. 1993, Bakı) Əzim Əzimzadə adına Bakı İncəsənət Kollecinin heykəltəraşlıq fakültəsini bitirib. İlahə “Redeeming the Everyday” (Mervin Artur və Rozel Emanuel, 2014), “To Film the Invisible” (Robert Cahen, YARAT, 2014), “From Individual to Collective” (Salam Yousri, YARAT, 2014) kimi bir sıra seminarlarda, eləcə də Alen Zimeray tərəfindən təşkil edilmiş fotoqrafiya seminarında (YARAT, 2013) iştirak edib. İlahənin əsərləri 5-ci Beynəlxalq “Tullantıdan sənətə” (2016), “Buta” (Aleksandr Dzüba, YARAT, 2016), “Təcavüz. Muzey” (Sabina Şıxlinskaya, ARTIM, 2014) kimi sərgilərdə nümayiş etdirilib. 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində İlahənin əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


Aydan Mirzəyeva (d. 1992, Bakı) Azərbaycan Dövlət İncəsənət Akademiyasının sənaye dizaynı fakültəsini bitirib (2010-2014). Aydanın əsərləri Çingiz Babayevin kuratorluğu ilə “Təsəvvür edin ki, biz burada yoxuq” (2012), Faiq Əhmədin kuratorluğu ilə Bakı Kondisioner Zavodunda təşkil edilmiş “Zavod” (2013), “Tullantıdan sənətə” (beynəlxalq sərgi, Bakı, 2014) adlı sərgilərdə, İslam İncəsənəti Festivalında (Şarja, BƏƏ, 2015), “Təəccüblənmək, təəccübləndirmək” (2016) nümayiş etdirilib. Aydan Mirzəyeva 2017-ci ildən ARTIM LAB layihəsində iştirak edir və onun əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


Qafar Rzayev (d. 1993, Gəncə) şəhərində anadan olub. Gəncə Dövlət Universitetində iki illik bakalavr təhsilini aldıqdan sonra, öz vaxt və enerjisini incəsənətə həsr etmək üçün öz təhsilindən ayrılır. 2016-cı ildən başlayaraq, onun strit-art və qrafiti əsərləri Gəncə şəhərinin küçələrində görünməyə başlayıb. Bundan əlavə, rəssam, konseptual sənət və qrafik dizaynla da məşğul olur. ARTIM Layihə Məkanında təşkil edilən qrup sərgilərində iştirak etməklə, hal-hazırda, Azərbaycanın milli bəzək elementi olan şəbəkənin bədii ölçülərini araşdırır və Azərbaycan mədəniyyətinin və cəmiyyətinin arxeomodern xarakterinin tədqiqi ilə məşğul olur. Qafar Rzayev 2017-ci ildən ARTIM Lab layihəsində iştirak edir və onun əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər”, habelə Mixael Hirşbixlerin kuratorluğu ilə “Monumental” adlı 24 saatlıq sərgilərdə nümayiş etdirilib.


ARTIM Lab haqqında

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən “YARAT Studios” məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək. Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün, YARAT Akademiyasının bütün tədbirlərində, o cümlədən gündəlik emalatxana təcrübələrində mütəmadi iştirak etməli, yeni ideyalar fikirləşməli və yeni əsərlər yaratmalıdırlar. Layihədə iştirak etmək istəyənlər, öz işlərini 5 mart 2018-ci il tarixinədək artimlab@yarat.az e-poçt ünvanına göndərilməlidirlər.


Açılış tarixi: 2 mart 2018, saat 19.00

ssamla görüş: 7 mart, saat 19.00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş: sərbəstdir


Sərginin müddəti: 2 – 16 mart, 2018

İş rejimi: Çəənbə axşamı – Bazar, 12.00 – 20.00 

Əlavə məlumat üçün: 012 505 1414

 

Yüklənir