İyun 2016

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT REZİDENSİYASI: İŞAİ ŞAPİRA KALTER (İSRAİL) QAÇILMAZ QURAQLIQ FƏRDİ SƏRGİ

02 İyn - 11 İyn 16

YARAT Müasir İncəsənət Məkanı 2-11 iyun tarixlərində rəssam İşai Şapira Kalter Azərbaycanda “Qaçılmaz quraqlıq” adlı debüt sərgisini YARAT Emalatxanalarında təqdim edəcək. Son illərdə, Şapira Kalterin layihələrinin diqqəti çalışdığı cəmiyyətlər çərçivəsində müasir incəsənətin roluna təsir göstərən mənfi amillərə yönəlmişdir. 

Şapira məhz bu sərgi üçün Sühail Malikə açıq məktub göndərmiş, onun “ənənəvi incəsənətin müasir incəsənətdən ayrılmasının zəruriliyi” ilə bağlı arqumentini bədii formada ifadə etmək arzusunu bildirmişdir. 

Malikin yanaşmasından bir qədər fərqlənən və rəssamdan əhəmiyyətli dərəcədə uzaqlaşan Şapira Kalter ötən il ərzində Nyu-Yorkun demək olar ki, bütün art qalereyalarını addım-addım gəzmiş sənətsevər kimi, peşəkar marağını öz şəxsi təcrübəsindən irəli gələrək əsaslandırmağı üstünlük verir. Onun “gözlərinə hopmuş” incəsənətə qarşı bilavasitə reaksiyası, incəsənətin daim “burada və indi” vəziyyətinin həqiqi yanaşmalarını əks etdirə bilməməsindən qaynaqlanan paradoksal mesaj ilə əlaqəlidir. 
Öz təcrübəsi sayəsində, Şapira Kalter, nə estetik nəzəriyyələrin piliqrimi, nə də “utopik qələbələr” adlanan ideologiyaları araşdırmaq arzusunda olan incəsənət fəalı kimi deyil, daha çox müasir incəsənət ilə hələ ki, büsbütün “çirklənməyə” macal tapmamış xarici məkana cəmi bir dəqiqə gecikməyə çalışan səyyah kimi, uzaq incəsənət praktiklərinə yardım əlini uzatmağa ümid etmişdir.

Qarğıdalı zəmilərindən tutmuş, mühafizə olunan milli kartof parkınadək, köhnə Lada maşınını yepyeni Whole Foods* filialının yanında dayanacağa qoymaq arzusu da daxil, kənd təsərrüfatı həyatını bütləşdirən, hansısa həyəcanlı qaçışı xatırladan “Qaçılmaz quraqlıq” üzvi şəkildə fəaliyyət arzusunda bizim kimi sənət sevərlərin qeyri-üzvi roluna formal don geyindirməkdə israrlı olan bir heykəltəraşlıq kompozisiyasıdır. 


Sərginin açılış günü: 2 iyun, saat 18:00

Sərgi 11 iyun 2016-cı il tarixinə qədər davam edəcəkdir.

Məkan: YARAT Emalatxanaları

Ünvan: Akademik Həsən Əliyev küç.,1061, Nəsimi rayonu

Əlaqə nömrə: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir