Sentyabr 2016

ZAMANIN İZLƏRİ SƏYYAR SƏRGİ / QAX RAYONU / AZƏRBAYCAN

08 İyl - 10 Sen 16

YARAT Müasir İncəsənət Məkanı Zamanın İzləri adlı səyyar sərgini YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasından olan foto və video əsərləri 2016-cı ilin 8 iyuldan 10 sentyabra kimi Qaz rayonu Dövlət Rəsm Qalereyasında təqdim edir.


Zamanın izləri adlı sərgi film və fotoqrafiya üzrə çalışan yerli və regionlarda yaşayan müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir. 


İştirakçılar: Nevin Aladağ (Türkiyə), Sənan Ələsgərov (Azərbaycan), Emin Əzizbəyli (Azərbaycan), Olqa Çernışova (Russia), Nilbar Güreş (Turkey), İlkin Hüseynov (Azərbaycan), Sitara İbrahimova (Azərbaycan), Koka Ramişvili (Gürcüstan), Fərid Rəsulov (Azərbaycan), Zamir Süleymanov (Azərbaycan). 


Sərgi nəzərdən qaçırılmış və instənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Sənan Ələsgərovun Sadəliyin şəffaflığı adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir.

Olqa Çernişovanın Ekranlar adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur.

Fərid Rəsulov Ətalət adlı video əsərində Qurban Bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırmışdır. Lakin hadisələr videoda əks dövriyyədə cərayan edirlər və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşirlər. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir. 

Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun ngi xatırlayaraq foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir.  Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.

Zamir SuleymanovEmin Əzizbəylinin Astar adlı qısa metrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Bu rutin Azərbaycan gəncləri arasında geniş yayılmış mənsubiyyətsizlik və qaçış hissini təsvir edir.

Oxşar sıxışma hissi Koka Ramişvilinin Çay, Kofe və Süd videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyələrdə ilişmiş mayələri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq Post Sovet Gürcüstanının reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür.

Nilbar Güreşin Qapısı açıq telefon köşkü silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xəttlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhz edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış  şəraitinin uyğunsuzluğunu qeyd edir.

Zamir Süleymanovun Qərar videosu İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır.

Nevin Aladağın Beş Daş Oyunu rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir. 


Sərginin açılış günü: 8 iyul 2016 

Saat: 12:00


Sərginin iş günləri: 8 iyul – 10 sentyabr 2016

İşləmə günləri: Bazar Ertəsi – Şənbə

Sərginin iş saatları: 09:00 – 18:00 (13:00 – 14:00 fasilə) 


Ünvan: Qax Dövlət Rəsm Qalereyası, Qax ş. Heydər Əliyev küç., 93A

Giriş sərbəstdir


Ətraflı məlumat üçün:

Hökümə Kərımova

T.: +994 50 274 67 44 

E.: hokuma.k@yarat.az


 

Yüklənir