Avqust 2016

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI AİDA MAHMUDOVANIN UMWELT ADLI FƏRDİ SƏGİSİNİ TƏQDİM EDİR

13 May - 13 Avq 16

YAY Qalereyası rəssam Aida Mahmudovanın 'Umwelt' adlı fərdi sərgisini 2016-cı ilin mayın 13-dən avqustun 13-ə kimi təqdim edir. 


Umwelt (alm. çevrə, mühit) – 1909-cu ildə, tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən daxil edilmiş bir anlayışdır. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların (o cümlədən insanın), müxtəlif xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar, son dərəcə həssas iybilmə duyğusu olan, yaxud, xarici mühitlə ultrasəs dalğaları və elektrik sahələrinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi, insanlara da xas olan ətraf aləm müxtəlifliyini təsvir etməkdir. 

Fərdi Umwelt – qəbul etməyə hazır olduğumuz ən yaxın ətraf aləm sahəsidir; bu, hər birimizdə var. Balinalar, yarasalar, quşlar və bütün digər canlılar kimi, biz də ətrafımızda cərəyan edən hadisələri öz təcrübəmiz, xarakterimiz və mövcud şəraitlərin prizmasından qəbul edirik. Bizim Umwelt – nisbətən daha rahat yaşayış ərazisidir və gündəlik həyatımızda üzləşməli olduğumuz, adət etdiyimiz hərəkət marşrutlarının, öhdəliklərin, situasiyaların və risklərin cəmini özündə birləşdirir. Beləliklə, biz, dünyanın sadəcə bir “monolit” təsviri deyil, saysız-hesabsız əyrilik və deformasiyaların yer aldığı bir çox unikal təsvirlər əldə edirik. Bununla yanaşı, heyvanlar aləminin nümayəndələrindən fərqli olaraq, biz, müxtəlif baxışların fərqini heç də həmişə obyektiv gerçəklik kimi qəbul etməyə, bununla “dinməz-söyləməz” razılaşmağa hazır olmuruq. Təzadlar və uyğunsuzluqlar bizi diskomfort hissi yaşamağa, bəzən isə iztirab çəkməyə məcbur edir. Hasil edilən mənaların müxtəlifliyi isə bizi daha qətiyyətli edir.

Demək olar ki, hər bir insan, məhz onun Umwelt'inin özündə bütöv bir bəşəriyyəti cəmləşdirdiyi ilə bağlı mütləq əminlik hissi yaşayır. Yalnız bir sıra insanlar var ki, müəyyən hüdudların, bu hüdudlardan kənarda digər bəşəriyyətlərin mövcudluğunu dərk edirlər.

Biz, dərketmə qabiliyyətimizi formalaşdıran amillərin toplusunu, o cümlədən öz Umwelt'imizin digərlərinə necə təsir etməsini çox vaxt başa düşmürük. Dünya, üzərimizdə “əyri güzgüdə” olduğu kimi əks olunur və biz, əks olunan bu deformasiyalı təsviri xarici aləmə proyeksiya edirik.

Biz, sadəcə bir-birimizə paralel olan dünyalarda yaşayırıq və öz fərdi dünyamızı yaratmaqla, məhz bizə məxsus “gerçəkliyin” daha dəqiq, daha inandırıcı versiya olduğuna tam arxayın oluruq. Həqiqətin məhz bizdə olması ilə bağlı əminlik, digər “umveltlərin” qəbul edilməməsinə, cəmiyyət miqyasında isə, ideoloji ehkamların müdafiəsinə, fərqli düşüncələrin inkar edilməsinə gətirib çıxarır.

Belə bir vəziyyətdə, məhz rəssam, mərdlik və dözümlülüyün bariz nümunəsi, dərkedilməzliyin son dərəcə geniş həcmini anlayan bir şəxs kimi çıxış edir. Məhz rəssam, bir çox fərdi proyeksiyalardan ibarət olan “həyat kətanının” mürəkkəblik duyğusunu ötürməyə, translyasiya etməyə qadir olur. Biz, fərqli idrak proseslərinin cərəyan etdiyi, müxtəlif koqnitiv aləmlərdə yaşayırıq və rəssamın yaradıcılığı, belə “aləmlərin” təmərküzü sayıla bilər. 


Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. Bakı şəhərlərində yaşayıb-yaradır. O, 2006-ci ildə Londonda yerləşən Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir, o cümlədən: 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun Vita Vitale sərgisində, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində Love Me, Love Me Not sərgisində nümayiş olunub. Rəssamın fərdi sərgiləri 2013-cü ildə Barbarian Art Gallery (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda Leila Heller Gallery və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib. Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur.


Təqdimat günü: 13 may, 2016 saat 19:00.

Giriş sərbəstdir.

Sərgi 13 avqust 2015-ci il tarixinədək davam edəcək.

İş vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com


YAY GALLERY

FACEBOOK

Yüklənir