Mart 2016

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI RƏŞAD ƏLƏKBƏROVUN SOMETHING FROM NOTHING ADLI SƏRGİNİ TƏQDİM EDİR

12 Fev - 31 Mar 16

YAY Qalereyası abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun “Something From Nothing” adlı fərdi sərgisini təqdim edir. 


Münaqişə, filosofların fikrincə, düşünən insanın həyatına xas olan zəruri atributdur, özü də adamın uşaq çağlarında yaranıb son nəfəsinə kimi zərurətini itirməyən bir atribut. Dialektikaya görə, ziddiyyət – inkişafa yol açan zəruri məntiq formasıdır. Münaqişələr valideynlə övlad, ərlə arvad arasında da yaranır, iş yoldaşları arasında da, qarşıdurmaya qurşanan dövlətlər, siyasi liderlər arasında da, informasiya cəbhəsində də – bu siyahının sonu-nəhayəti yoxdur.    

Söz – Üçüncü Dünya müharibəsində ən  çox istifadə olunan silah olmuşdur. Sözlər vasitəsilə ayrı-ayrı insanların, şirkətlərin, dövlətlərin ömür ipini əyirirlər, müharibələri başladır və bitirirlər, özü də redaksiya kabinetlərində, göydələnlərin başında və ya öz evlərində otura-otura bunu edirlər. Bunun nəticəsində münaqişə artıq insanın öz beynində cərəyan edir. Biz daha həqiqəti yalandan ayıra bilmirik, hər işdə qəsd-qərəz görürük, onun kimə sərfəli olduğunu başa düşmürük (hərçənd, onun mütləq kiminsə xeyrinə olduğuna əminik). 

Rəssam Rəşad Ələkbərov artıq uzun müddətdir ki, öz yaradıcılığında işıqla kölgənin, simvolla mətnin, sözlə mənanın oyunu üzərində tədqiqatlar aparır. “Something From Nothing” sərgisi rəssamın dünyada baş verənlərə cavab reaksiyası olmuşdur – siyasətdən uzaq duran, hətta tam əksinə – bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiya. Rəssam, XXI əsrdə bəşəriyyəti informasiya xaosunda boğulan dünyaya gətirib-çıxarmış təkamül yolunu təhlil etməyə cəhd göstərir. Rəşad Ələkbərovun qalereya divarlarındakı şəkillərində “homo sapiens”in əldə etdiyi bütün nailiyyət və kəşflər – od yandırmaq üsullarından tutmuş, təkərin icad olunmasına kimi – bizi tədricən televiziya, radio və internetin yaranmasına gətirən xırda addımlara dönür.  

Rəşadın yaradıcılığına xas olan metal instalyasiyalar da divardakı rəsmlərlə səsləşir. İşıqla kölgənin oyunundan doğan yazılar divarda təzahür edərək, bizi unutduğumuz dözümlüyə, təmkinliyə, həqiqi dəyərlərə qayıtmağa çağırır. Sərginin mərkəzi əsəri olan “It Dries UP” (mənası: quruyur) instalyasiyası davamlı ifromasiya kütləsi əhatəsində insanların fikirlərinin qurumasını simvolik tərzdə ifadə edir.


2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunu olan Rəşad Ələkbərovun yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art, memarlıq dizaynı daxildir. Onun konseptual incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyadır. Rəşad Ələkbərovun bu növ əsəri ilk dəfə 2000-ci ildə “Zamanın qanadları” sərgisində nümayiş etdirilib. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

Rəşad Ələkbərovun əsərləri əsasən böyük həcmli, amma qeyri-adi installyasiyalardır. Bu əsərlər birbaşa anlanmağa, duyulmağa deyil, “sirli” qavrayışa hesablanmışdır. Müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyalar zəruri bucaq altında işıqlandırıldığı zaman divara çıxış installyasiyaya az bənzəyən təsvirini salır.  Rəşad Ələkbərovun əl işlərinin sehri də məhz yaratdığı xəyal dünyasının ikiləşməsindədir.

Mövzularına görə onun əsərlərinin əksəriyyəti dünyamızı gözləyən fəlakət ideyaları ilə zəngin ruhi-seriallar assosiasiyasını doğurur. Həmin dünyada insan elə bil yüksək texnologiyalar cinini azadlığa buraxmışdır.


Təqdimat günü: 19 noyabr, 2015 saat 20:00.

Giriş sərbəstdir.

Sərgi 30 yanvar 2016-cı il tarixinədək davam edəcək.

İşləmə vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com


FACEBOOK

YAY QALEREYASI

Yüklənir