Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏLƏR MƏKANI: HABİB SAHER BU DA KEÇƏR ADLI FƏRDİ SƏRİGİSİ

19 Fev - 13 Mar 16

YARAT Müasir İncəsənət Məkanı, ARTIM layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin başlanması barədə böyük məmnunluqla xəbər verir. Başlanan sərgilər proqramının təntənəli açılışında silsilənin ilk ekspozisiyası – Habib Saherin “Bu da keçər” adlı fərdi sərgisi təqdim olunacaq.  


“Bu da keçər” sərgisinin ilham qaynaqları müxtəlifdir. Bunların arasında mövcudluğun faniliyi, əcəlin qaçılmaz olması və “ömür” adlanan o qısaca zaman kəsiyinin gözəlliyi barədə düşüncələri paylaşan qum mandalası (mandala - hinduizm və buddizmdə kainatı təmsil edən dini simvol) sənətini və Ömər Xəyyamın rübailərini qeyd etmək olar. Sənətkar heykəltəraşlığı cismani olan hər şeyin metaforası kimi görür: onun sərgiyə çıxardığı əsərlər sərgi müddəti ərzində öz-özünə dağılmalıdır. 1960-cı illərin avto-destruktivizm cərəyanına xeyli meyl göstərən sənətkar sənət əsərinə maddi dəyər gözü ilə baxmaq məntiqinə qarşı çıxır, incəsənət nümunələrinin daha çox ruh və fəlsəfə baxımından sərvət olduğunu vurğulamaq istəyir. 


Sərgini müşayiət edən bir sıra tədbirin, o cümlədən rəssamla görüş, film nümayişi və poetik qiraət gecəsi kimi tədbirlərin ARTIM auditoriyasında keçirilməsi də nəzərdə tutulmuşdur. 


Habib Saher (d. 1986) Bakıda yaşayan İran əsilli rəssamdır. Bakıdakı İncəsənət Akademiyasının məzunudur: heykəltəraşlıq üzrə bakalavr və magistr dərəcələrini burada qazanmışdır. Habib Saherin iştirak etdiyi sərgilər arasında həm Bakıda, həm də xaricdə keçirilmiş bir sıra sərgi olmuşdur, o cümlədən: Beynəlxalq “Səməni” İncəsənət Sərgisi – Heydər Əliyev Mərkəzində, “Caspian” İncəsənət Sərgisi, “Zavod” Müasir İncəsənət Sərgisi və “Summer Group Show” sərgisi – “Seed Corn” Qalereyasında (Berkli şəhəri, Kaliforniya, ABŞ).


Tarix: 15 fevral > 13 mart 2016

İş saatları: 12:00 > 20:00 (hər gün, Bazar Ertəsindən başqa)

Sərginin açılış günü: 19 fevral 2016

Saat: 19:00

Məkan: ARTIM Layihə Məkanı

Giriş sərbəstir

Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A 

Ətraflı məlumat: info@yarat.az; 012 505 1414


FACEBOOK

Yüklənir