May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI: FƏRHAD FƏRZƏLİYEV YEGANƏ PƏLƏNGİN MƏNƏM

19 Noy - 30 Yan 16

YAY Qalereyası gənc rəssam Fərhad Fərzəliyevin 'Yeganə Pələngin Mənəm' adlı fərdi sərgisini 19 noyabr 2015 - 30 yanvar 2016-cı il tarixlərində təqdim edir.


Fərhad Fərzəliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını 2010-cu ildə bitirmişdir. 2007-ci ildə Drezden Milli qalereyasında “Steps of Time” sərgisi, 2012-ci ildə Bakıda “ZAVOD” sərgisi, 2014-cü ildə Şarja İslam İncəsənəti Festivalı, 2015-ci ildə Moskva Müasir İncəsənət Biennalesi, 2014-cü ildə Moskva Müasir İncəsənət Gənclər Biennalesi, 2014-cü ildə Londonda Saatchi qalereyasında “Start Art Fair” sərgisi, 2015-ci ildə “Səmadan bir damla” adlı 3-cü Bakı pablik art festivalı kimi qrup layihələrdə iştirak edib. 2015-ci ildə Rusiyanın Perm şəhərində yerləşən PERMM muzeyində Azərbaycan müasir incəsənətinin “Konfet dağlar, neftli sahillər” qrup sərgisində həm rəssam, həm də kurator kimi iştirak etmişdir.

Rəssam müxtəlif janrlarda işləyir, diqqətini əsasən yeni mediada cəmləyir: video və fotoqrafiyadan saund-instalyasiyalaradək, öz yaradıcılığında neon və tekstildən tutmuş redi-meyd obyektlərədək müxtəlif materiallardan istifadə edir. 

Rəssam, real dünyanın dərk edilməsi üsulu kimi incəsənətin cavablar verməkdən daha çox suallar irəli sürməsi fikrini özünün ilk fərdi sərgisinin leytmotivi etmişdir. “Yeganə Pələngin Mənəm” – vəhşi təbiətin və qadın tərəfindən yaradılmış süni pişik obrazının sanki bir-biri ilə rəqabət apardığı antropoloji təhlildir. İnsanın təbiətdən ilhamlanaraq yaratdığı teksturalar “kitç” sayağı bəsitliyə gətirilib çıxarılmışdır. Sərgidə təqdim edilən videoya musiqili müşayiət – orta əsrlərdə izafi açıq-saçıqlığına görə qadağan olunmasına cəhd edilən şirnikdirici rəqs “Sarabanda” – burada yeni məna əldə edir. Həmin o “yeganə pələngin” səsi yalnız sərginin adında öz mövcudluğundan xəbər verirsə, rəqs isə artıq iki tərəf müqabilinin qarşılıqlı əlaqəsi olmur və getdikcə daha çox ovu xatırladır.

Ekspozisiyaya obyektlər, video, səs və rəssamın qalereya otağını konseptual olaraq transformasiya etdiyi məkan instalyasiyası daxil olacaqdır.


Təqdimat günü: 19 noyabr, 2015 saat 20:00.

Giriş sərbəstdir.

Sərgi 30 yanvar 2016-cı il tarixinədək davam edəcək.

İşləmə vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com


YAY QALEREYASI

FACEBOOK

Yüklənir