Sentyabr 2015

3-CÜ BAKI PABLİK ART FESTİVALI: FƏRHAD FƏRZƏLİYEV (AZƏRBAYCAN)

26 İyn - 05 Okt 15

YARAT Müasir İncəsənət Məkanı 26 iyun 2015-ci il tarixində Fərhad Fərzəliyevin 'Göydə göy-göyərti göyərdi' instalyasiya layihəsini təqdim edir. Təqdumat “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur. İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.

İnstalyasiya 28 May metro stansiya yaxınlığında olan məkanda 5 oktyabr 2015 tarixinədək nümayiş edirilir.


YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan “Səmadan bir damla” Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Mühüm tədbir 13 iyun – 5 oktyabr 2015-ci il müddətində keçiriləcək. Festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər. Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA – Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.    


Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.    


Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda (Azərbaycan) anadan olub. Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib (2012) təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Əsasən, instalyasiya texnikasında çalışır, ancaq həmçinin rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. Dünyanın müxtəlif yerlərində keçirilən bir çox qrup sərgilərində iştirak edib, o cümlədən: 16-cı Şarja İslam İncəsənət Festivalı, Şarja İncəsənət Muzeyi (Şarja, Birləşmiş Ərəb Əmirlikləri, 2014). Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb yaradır.


Təqdimat günü: 26 iyun 2015

Saat: 21.00

Məkan: 28 May metro stansiya yaxınlığında olan meydança

Əlaqə telefonu: 012 505 1414


FACEBOOK

Yüklənir