May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT EMALATXANALARI: TERRIBLEm86 (Daniel Marrable) TƏQDİMAT

09 İyl 15

YARAT Müasir İncəsənət Məkanı Böyük Britaniyalı, qarışıq texnika üsulunda yaradan rəssam TERRIBLEm86 (Den Merrabl) YARATda art-rezidensiyada çalışmağının nəticəsi olaraq 9 iyul 2015-ci il tarixində YARAT Studiosda rəssamın sərgisini təqdim edir. Rəssam istifadəyə yararsız olan ağac materiallara yeni həyat verməyə çalışır. Onun art-rezidensiyası 2015-ci ilin aprel ayından başlayıb və bu müddət tezliklə “Sovetskaya” küçəsindən olan taxta blokların istifadəsi ilə quraşdırılmış çox emosional incəsənət əsərləri silsiləsindən ibarət fərdi sərgi ilə bitir. 


Rəssamın sözləri: “Mən fevral ayında Şotlandiyadan Bakıya gəldiyim gündən bəri bu şəhərin inkişafının və həyata keçirilən tikinti işlərinin sürətinə heyran qalmışam. Bu inkişafın əvvəllər "Sovetskaya" küçəsi adlanan əraziyə təsiri mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Ərazidə gedən şəhərqurma işləri bu anın özündə də davam etməkdədir və mənim fikrimcə, bu küçə şəhərin daima dəyişən ən qədim ərazilərindən biri olduğu üçün diqqətə layiqdir.

Yaratdığım əsərlər "Sovetskaya"nın hazırkı vəziyyətinin birbaşa vizual surətidir. Əsərlərdə istifadə olunan əsas maddələr yenidənqurma işləri aparılan yaşayış binalarının ətrafından toplanmış lazımsız taxta, divar kağızı, kafel və digər materiallardır. Layihənin əsasında "gözəllik hər şeyə rəğmən hər yerdə qalmaqdadır" ideyası durur. "Sovetskaya"dan götürülmüş hər bir element nə vaxtsa kiminsə şəxsi həyatının bir parçası olduğu üçün, onlara çox böyük hörmət göstərilir. İndi onların üzərinə geridə qalmış bütün materialları təmsil etmək məsuliyyəti düşür. Materiallar tikinti, memarlıq, inkişaf və tarixi əks etdirmək üçün akril boyalarla rənglənir. 

Layihə mənim son üç ay ərzində müşahidə etdiklərimin vizual əksidir. O, tikinti və dekorasiya üçün istifadə olunan materiallara hörmətimi ifadə edir. Məqsədim yerli əhali arasında Bakının inkişafı və yenidənqurma işləri barədə açıq söhbətlərə təkan verməkdir.” 


TERRIBLEm86 (Daniel Marrable, d.1986). TERRIBLEm86 və ya qısaca TM86 təxəllüsü ilə tanınan Deniel Merrabl Qlazqo şəhərində yaşayan rəssamdır, qarışıq texnika və instalyasiya sənəti üzrə ixtisaslaşır. 2008-ci ildə Torontonun York Universitetini qrafika dizaynı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildən sonra Toronto, Vankuver, Cefriz Bey (Cənubi Afrika Respublikası), London, Qlazqo və Bakı kimi şəhərlərdə yaradıcılıqla məşğul olub. TERRIBLEm86 tullanmış, gərəksiz olmuş müxtəlif obyektlərə yeni məna verməyi qarşısında duran məqsəd kimi görür. Belə obyektlər ömürboyu insanlara xidmət edib kölgədə qalırlar, onlara sənət əsəri gözü ilə baxan da heç olmur. Lakin belə obyektlərin köhnəlmiş hissələri və qüsurları elə təsirli assosiasiyalar oyadırlar ki, qüsurlar dönüb həmin obyektin müsbət özəlliyi olurlar. Tullanmış əşyalarda onların keçmiş həyatından xəbər verən cəhətləri seçib “qlamurlaşdırmaq” ideyası sənətkarı, sanki, rəngkarlıq kətanı qarşısına gətirir. Bədii proses artıq zibil sayılıb tullanmış obyektə təkcə yeni həyat vermir, onun unudulmuş tarixini və daşıdığı xatirələri qoruyub saxlayır. Ötən il ərzində TERRIBLEm86 öz əsərlərini Edinburqun nüfuzlu Krallıq Şotlandiya Akademiyasında, Qlazqonun İncəsənət Məktəbində, Edinburqda Şotlandiya Rəssamlar Akademiyasının illik sərgisində, bir də Qlazqonun tarixi Dəniz Fənərində nümayiş etdirib. Edinburqda yerləşən Şotlandiya Rəssamlar Akademiyasının, eləcə də Qlazqoda yerləşən Təsviri Sənət Ustaları Qrupunun (Visual Artists Group – VAU) üzvüdür.  


Sərgi: #TM86sovetskaya [1500]

Məkan: YARAT STUDIOS

Ünvan: Akademik Həsən Əliyev küç., 1061, Nəsimi Rayonu (Kimya şəhərciyi)

Tarix: 9 iyul 2015

Əlaqə telefonu: 012 505 1414

Giriş sərbəstdir


FACEBOOK

#TM86sovetskaya

Yüklənir