May 2024

BAKI MİM Sara Nill-Consun 'QEYB OLAN QADIN' ADLI FƏRDİ SƏRGİSİNİ TƏQDİM EDİR

11 Mar - 01 Apr 15

‘The (Dis-) appearing Woman’

“QEYB OLAN QADIN” layihəsi

Sara Nill-Consun fərdi sərgisi 

11.03.– 01.04.2015


11 mart tarixində Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill- Consun “Qeyb olan qadın” adlı sərgisinin açılışı olacaq. Sərgidə 100-ə yaxın rəngkarlıq əsəri, 1 səsli instalyasiya və 1 video  instalyasiya nümayiş olunacaq.

Sara Nill-Cons 1969-cu ildə Böyük Britaniyada, Londonda dünyaya gəlmişdir. O, Şotlandiyada, Qlazqo şəhərində Rəssamlıq Kollecində təhsil almışdır. Bundan sonra Londonda İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 2009-cu ildə Rəssamlıq Kollecinin aspirantı diplomunu almışdır (London, Böyük Britaniya).

“Qeyb olan qadın” layihəsinin məqsədi – Azərbaycanda müvəqqəti yaşayan xarici qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdən ibarətdir. Haqqında danışılan mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hisslər öz əksini tapmışdır. Bəzən bu hisslər özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Lakin bütün bunlarla yanaşı mövzularda pozitiv hisslər də yer alır. Sərbəst, məhdudiyyətlərdən kənar yaşam tərzi, özünü əhatə edən ətraf aləmə qarşı maraq və ümumiyyətlə yerli qadınlarla xarici qadınlar arasında olan fərqə belə yüksək səviyyədə xoş yanaşma xüsusilə nəzərə çarpır. 

İştirakçı qadınlar layihəyə qatılmaq könüllü şəkildə razılıq vermişdirlər. İştirakçılar yaş, ailə vəziyyəti, işləyib-işləməyib diapozunu çərçivəsində seçilmişdilər. Sorğu 6 ay ərzində, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi davam etmişdir. 

Sara Nill-Consun əsərləri Britaniya, Norveç, Fransa, Anqola, Koreya və Türkiyədə dünyaca məşhur qalereyalarda, fərdi və qrup sərgilərində nümayiş etdirilmişdir. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir. 


Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı: 11.03. – 01.04.2015

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN          

Tələbələr üçün: 2 AZN


FACEBOOK

Yüklənir