May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

'ADİ GÜNLƏRİN DOLĞUNLUĞU' USTAD DƏRSLƏRİN YEKUN SƏRGİSİ

16 Dek 14

YARAT Müasir İncəsənət Məkanı London fotoqrafları Mervyn Arthur və Rossella Emanuelenin rəhbərliyi altında keçirilən praktiki təlimin şou-tədbirinə böyük məmnuniyyətlə dəvət edirik. Təlimin dinləyiciləri tərəfindən hazırlanmış bu tədbir “Adi günlərin dolğunluğu” adlanır.


Praktiki təlim, fotoqrafiya sənətinə eksperimental yanaşmalarını inkişaf etdirmək niyyətində olan tələbələrə ünvanlanmışdır. Təlim, həmçinin, fotoqrafiya, heykəltəraşlıq, instalyasiya, rəsm, performans və sair yaradıcı ifadə vasitələrinin qarşılıqlı qarışığı metodunu araşdırmaq istəyən dinləyiciləri də hədəfə alır.

Bizi bu cür təlimin fikrinə salan ilk dəfə Marcel Duchamp tərəfindən səsləndirilmiş “mövcud obyekt üçün yeni ideya” yanaşması olmuşdu.

Ətrafdakı materiallardan istifadə edərək ilk növbədə fotoqrafiya üzərində çalışan təlim iştirakçılarına tapşırıq verilmişdi ki, hər gün rastlaşdıqları adiliyin, rəngsizliyin içində gözə görünməyən cəhətləri üzə çıxarıb, yaratdıqları əsərlərdə əks etdirsinlər. Bunun üçün tələbələrə bir sıra əməli üsul tövsiyə edilmişdi: əsərin sahəsinə nələrinsə fiziki daxil edilməsindən tutmuş, kamera vasitəsilə montaj və kənarların necə kəsilməsinə, lap axırda əsərin studiya/qalereya şəraitində necə yerləşdirilməsinə qədər.  

Sizi “Adi günlərin dolğunluğu” adlı şou-tədbiri ziyarət etməyə bir daha dəvət edirik!


Ünvan: YARAT Rəssamlar Emalatxanaları, Nəsimi rayonu, Akademik Həsən Əliyev küç. 1061, Kimyaçılar şəhərciyi (“Megastore”-un arxasındakı yaşıl bina)

Açılış vaxtı: 16 dekabr, çərşənbə axşamı, saat 18:30.

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir